

Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
Yeni tələblər irəli sürüldü
Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir
“Dahiyanə” öncəgörmələr bizdə xof hissi yaratmağa hesablanıb
Qırmızı xətti qoruyan iradəni görən dünya Bakıyla hesablaşmaq məcburiyyətində qalacaq
Qardaş ölkədəki QHT-lərdən Laçın dəhlizi aksiyaçılarına dəstək
Barmaq sayı qədər ədalətli insanın olduğu ...
Erməni separatçılarının 10 gündür çalışdıqları mitinq dünən Xankəndi şəhərinin mərkəzində baş tutdu. Erməni milyarder Ruben Vardanyan 30 oktyabr aksiyasında olduğu kimi, mitinqdə kütləviliyi təmin etmək üçün yenə kisənin ağzını açdı.
Vardanyan Xankəndi ətrafından gələnlərin nəqliyyat xərclərini də yenə üzərinə götürüb. Bundan başqa o, iştirakçıların hər birinə gəldikləri məsafədən asılı olmayaraq 30-40 dollar paylayıb.
Diqqətçəkən bir məqam isə Xankəndidə məskunlaşan sadə ermənilərin mitinqə gəlməyə məcbur edilməsidir. Separatçılar aksiyada iştirak etmək istəməyənləri işdən qovulacaqları ilə hədələyib. Bu da azmış kimi, Xankəndi sakinlərinin sosial şəbəkə hesabları izlənilir, təftiş edilir. Hətta aksiya əleyhdarı olan bir çox erməninin döyüb işgəncə verilməsinə dair faktlar var.
Vardanyanın məhz ötən gün Xankəndidə aksiya keçirməsi təsadüfi deyildi. Belə ki, dekabrın 26-27-də Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il ərəfəsində qeyri-rəsmi sammiti keçiriləcək. Sammit öncəsi Vardanyan aksiya keçirərək buna nail olmaq istəyir:
Birincisi, bu, Vardanyanın ikinci cəhdidir. Məsələ ondadır ki, oktyabrın 30-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş ərəfəsində Vardanyan Xankəndidə mitinq təşkil etdi. Vardanyan bu iki cəhdlə faktiki olaraq separatçı-terrorçu rejimin danışıqlar prosesində “tərəf” olaraq qəbul etdirilməsinə çalışır.
İkincisi, Vardanyan yaxşı bilir ki, separatçılar mövzusunda həm Qərb ölkələri, həm də Rusiya ortaq mövqeyə malikdir. Buna görə də mühüm görüşlər öncəsi aksiya təşkil edərək “Qarabağ əhalisi Bakını istəmir” mesajını ötürür.
Üçüncüsü, Vardanyan mitinqdə çıxışı zamanı açıq şəkildə bildirib ki, “Birincisi – Azərbaycana inteqrasiya olunuruq, ikincisi, burdan köçüb gedirik, üçüncüsü, savaşırıq. Mən 2 sentyabrda qərar vermişəm ki, Azərbaycana tabe olmayacam, buradan getməyəcəm, mübarizə aparacam. Hər şeyimi müstəqilliyə qurban verəcəm. Möcüzə gözləməyin, möcüzə olmayacaq, qarşıda bizi olduqca çətin yol gözləyir”. Bu, Bakıya qarşı açıq müharibə elanı etməkdir. Vardanyan beləcə son sözünü demiş oldu.
Rəsmi Bakı indiki məqamda həm Ermənistana, həm separatçılara, həm də digər üçüncü tərəf sayılacaq qüvvələrə layiqli cavab verməli, ən yaxşı halda Şuşa-Laçın yolundakı aksiyaların miqyasını artırmalıdır. Konkret desək, aksiyalara dövlət dəstəyi verilməli, mövcud aksiyaçı sayı 5-10 misli artırılmalıdır. Beləcə, Laçın yolunda aksiyanın davamlılığı və nəzarətin müəyyən qədər artırılması ola bilər.