“Pulyuyan camaşırxana”çı ...
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
Elçin MİRZƏBƏYLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
Ağlar qaralara qarşı...
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
-
Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
-
Vardanyanın son sözü
Bakının cavabı necə olacaq?
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Xəyanətin miqyası artır
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
-
Bakı AHİM-ə şikayət etdi
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
-
Laçın-Xankəndi yolunda dinc aksiya yeddinci günündə davam edir
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
-
Düşmən bizi vahid görməlidir
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
-
Ekoloji aksiya siyasiləşir?
Yeni tələblər irəli sürüldü
-
Yolkəsənlərin başqa yolu yoxdur!
Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir
-
Düşmənlərimizi birləşdirən aksiya...
“Dahiyanə” öncəgörmələr bizdə xof hissi yaratmağa hesablanıb
-
Azərbaycan şantajlardan qorxmamalıdır
Qırmızı xətti qoruyan iradəni görən dünya Bakıyla hesablaşmaq məcburiyyətində qalacaq
-
Türk dünyasının həmrəyliyi üçün ən gözəl model
Qardaş ölkədəki QHT-lərdən Laçın dəhlizi aksiyaçılarına dəstək
-
... Kremldən gələcək bəyanat
Barmaq sayı qədər ədalətli insanın olduğu ...
Ruben Vardanyan və digər separatçı tör-töküntülərin Xankəndində dekabrın 23-dən etibarən xüsusi fəallıq nümayiş etdirməyə başlamaları, Azərbaycan QHT-lərinin və ictimai fəalların Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasının ilk günlərindən başlayaraq Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan suveren ərazilərimizdə cərəyan edən hadisələrin inkişaf dinamikası ilə bağlı bir sıra məqamlara diqqət yetirmək üçün zəmin yaradır.
Bəlli olduğu kimi, Ruben Vardanyan Azərbaycanın vətəndaş cəmiyyəti institutları təmsilçilərinin etirazlara başlamasından bir neçə gün sonra, dekabrın 17-də Xankəndində mitinq çağırmışdı. Amma dekabrın 16-da “bəzi hörmətli adamlarla məsləhətləşdikdən sonra” mitinqi təxirə saldığını bəyan etdi və Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan ərazilərinin ermənilər yaşayan hissəsində - Ağdərə, Xocavənd və Əskəranda görüşlər keçirmək niyyətində olduğunu bildirdi.
Hadisələrin gedişatı onu göstərir ki, Ruben Vardanyana 17 dekabr mitinqini təxirə salmağı ona Moskvadan “məsləhət” görüblər, daha dəqiq desək, bu barədə “pulyuyan Ruben”ə Kremldəki sahibləri imperativ göstəriş veriblər. Çünki Vardanyan dekabrın 17-də hələ Rusiya vətəndaşı idi və onun təşkilatçılığı ilə sözügedən zaman kəsiyində keçiricək mitinq Sergey Lavrovu Ceyhun Bayramovla görüşdə fakt qarşısında qoya bilərdi. Əslində, hər kəsə bəllidir ki, Ruben Vardanyan Kremlin emissarıdır, onun xaltası FTX-nın əlindədir və Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərinə də xüsusi missiya ilə göndərilib. Rusiya siyasətçilərinin son 20 ildə qərbli həmkarlarından “məharətlə” və xüsusi həyasızlıqla yalan danışmağı öyrəndiklərini və bu “işdə” hətta onları da kölgədə qoyduqlarını nəzərə alsaq, “pulyuyan”larına belə bir “məsləhət” və yaxud imperativ göstəriş verməsəydilər də, bundan təəccüblənməyəcəkdik. Amma görünür, mental xüsusiyyətlərimizi nəzərə alıb cüzi də olsa “abıq-həya” gözləməyə çalışıblar. Və sadəcə çalışıblar, ondan uzağa gedə bilməyiblər. Əks təqdirdə, Sergey Lavrov dekabrın 22-də Rusiya vətəndaşlığından məhrum edilən Ruben Vardanyana münasibətdə cəmi 1 gün sonra “onun Rusiyaya heç bir aidiyyəti yoxdur” sözləriylə bəşər diplomatiya tarixində nadir hallarda rast gəlinən həyasızlıq nümayiş etdirə bilməzdi.
Ruben Vardanyan və separatçı tör-töküntülərin məhz dekabrın 23-dən fəal hərəkətə gəlmələri, öncə Xankəndi-Şuşa istiqamətində 20 “fəal”ın iştirakı ilə yürüş, , dekabrın 24-də yürüş-mitinq, dekabrın 25-də isə mitinq keçirmələri də sübuta yetirir ki, təlimat “Şimal”dan verilib və Xankəndi üzərindən indi, əsasən “şimal küləkləri” əsir.
Baş verənlərin fonunda diqqət çəkən məqamlardan biri də Ruben Vardanyanın vətəndaşlığına xitam verilməsinin, həmçinin Lavrovun onun barəsində dediklərinin bəziləri tərəfindən “Rusiya Vardanyandan imtina etdi” kimi təqdimatına cəhd göstərilməsidir. Qənaətimə görə, “pulyuyan Ruben”in vətəndaşlığına xitam verməklə, Moskva “Vardanyan layihəsi”ni davan etdirməkdə maraqlı olduğunu nümayiş etdirir. Səbəb də Qərbin simasız siyasətçilərinin və mediasının Vardanyanın Azərbaycan ərazilərinə haradan və nə üçün göndərildiyinə, qaranlıq, utancverici keçmişinə məhəl qoymadan, çirkli pulların “yuyulduğu” offşor “camaşırxana”lar şəbəkəsinin sahibini erməni separatçılarının real təmsilçisi kimi qəbul və təbliğ etmələridir.
Vardanyanın Ermənistan vətəndaşlığı üçün müraciət, Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı prosesin özü də kifayət qədər maraq doğurur.
Aydın olsun deyə, pulyuyan Rubenin “vətəndaşlıq məsələləri” ilə bağlı xronoloji ardıcıllığa nəzər salmağı vacib hesab edirəm:
Ruben Vardanyan 2020-ci ildə Ermənistan vətəndaşlığı üçün müraciət edib. 2021-ci ilin iyun ayında Ermənistan vətəndaşlığı alıb. Bir neçə ay sonra, 2021-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina üçün Rusiya prezidentinə müraciət ünvanlayıb. 2022-ci il dekabrın 22-də, yəni 1 il 3 ay sonra prezident Putin Vardanyanın Rusiya vətəndaşlığından imtina ilə bağlı müraciətini təmin edən fərman imzalayıb. Məsələ burasındadır ki, Rusiyada bu və ya digər şəxsin vətəndaşlığına xitam verilməsi ilə bağlı məsələyə, bu ölkənin qanunvericiliyinə əsasən, 3-6 ay ərzində baxılır. Əgər vətəndaşlıqdan imtina edən şəxs artıq başqa ölkənin pasportunu daşıyırsa, bu zaman müddət daha da azalır. Amma Vardanyanla bağlı məsələdə proses 1 il 3 ay çəkib. Nə üçün? Düşünürəm ki, burada Ruben Vardanyanın maliyyə öhdəlikləri ilə bağlı məsələdən tutarğac kimi yararlanmaq qətiyyən yerinə düşmür. Zatən Rubenin nə işlə məşğul olduğunu Rusiyada hər kəs çox yaxşı bilir və onun “xidmətlərindən” yararlananlar da sıravi vətəndaşlar olmayıblar. Çox güman ki, 1 il 3 aylıq gözləntinin səbəbi Vardanyanın separatçılara və Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan Azərbaycan ərazilərinin erməni sakinlərin ən azı müəyyən bir hissəsinə “sırınması” və bu müddət ərzində “qorunması” ilə bağlı olub. Görünür, “sırımağı” bacarıblar və bu prosesə də separatçı-terrorçularla “işləmək” təcrübəsi olan Rusiyanın Afrindəki sabiq “canişini” Andrey Volkov yardım göstərib.
Kremlin niyyəti aydındır - nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarındakı mövcudluğunun ömrünü uzatmaq, ən yaxşı halda bunu nə zamansa, proseslərin gedişatından asılı olaraq, regional, yaxud qlobal alver predmetinə çevirmək.
Həm yol, həm də “YOL XƏRİTƏSİ” müəyyənləşib
...Bütün bunların fonunda Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarının Şuşa-Xankəndi yolundakı etiraz aksiyası, artıq 15 gündür ki, davam edir və şübhəsiz ki, effektivliyini də qoruyub saxlayır. Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan ərazilərimizdəki etnik ermənilərlə, separatçı tör-töküntülərlə bağlı kimin hansı niyyət güdməsindən asılı olmayaraq, üstünlük və təşəbbüs bizim əlimizdədir. Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Şuşa-Xankəndi yolunda “ilanı boğazından yaxalayıblar”. Nə separatçıların, nə də onların uzaqdan çığırışmaqda, yaxından situasiyanı dramatikləşdirməkdə olan istifadəçilərinin bizə öz gündəmlərini diktə etmək imkanları yoxdur. Nə Ruben Vardanyan, nə də digər separatçı qırıntıları, mövcud şəraitdə Azərbaycanın müəyyənləşdirdiyi gündəmin temporitminə adekvat cavab vermək potensialında deyillər. Bu baxımdan, separatçılar daim artan gərginlik altında əzilməli, iddialarını həyata keçirmək potensialında olmadıqlarını getdikcə daha çox büruzə verməlidirlər.
Bu xüsusda, Prezident İlham Əliyevin Qərbi Azərbaycan icmasının bir qrup üzvü ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirləri, hədəf verdiyi istiqamətləri əsas götürmək, Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın motivləri ilə yanaşı dünyanın gündəminə daşımaq lazımdır. Həm yol, həm də “YOL XƏRİTƏSİ” müəyyənləşib. Bir neçə gündən sonra qeyd edəcəyimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü birliyimizin, bütövlüyümüzün, haqlı mövqeyimizin masa arxasında yox, bütün dünyada nümayiş etdirilməsi üçün növbəti başlanğıca çevrilə bilər.
Haydı, ürəyi Azərbaycan sevdası ilə döyünənlər, Vətənin gerçək sərhədlərini qan yaddaşımızdan dünyanın siyasi xəritəsinin üzərinə köçürməyin zamanıdır!
Tanrı Azərbaycanı qorusun!