vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
16:16 | 6 mart 2014 | Cümə axşamı Məqaləyə 2682 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Səbəbkar Syomindir»

«Beş dəqiqə sonra isə tamamilə başqa insan olur»

Emin SƏFƏROV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qəbələ»nin vitse-prezidenti Fariz Nəcəfovun futbolinfo.az saytına müsahibə verib. Müsahibədə aktual söhbət və jurnalistin verdiyi suallara aldığı maraqlı cavabları nəzərə alaraq, həmin yazını sizə təqdim edirik.

- «Rəvan»la heç-heçə haqda nə deyə bilərsiniz?

- Bizim üçün çox uğursuz oyun oldu. Futbolçular tələsdilər, tez qol vurmaq istəyirdilər. Müəyyən epizodlarda bəxtimiz də gətirmədi. Mənə elə gəlir ki, komandada gərginlik var.

 

- Bu gərginlik nədən irəli gəlir?

- Məncə, itirilən xallardan irəli gəlir.

 

- «Rəvan»la matçda penalti zərbəsini vurmaq uğrunda futbolçularınız arasında ciddi mübahisələr yarandı. Buna səbəb nədi?

- Hər bir klubda olduğu kimi, bizdə də məşq zamanı və sonrası penalti zərbələri yerinə yetirilir. Bunun nəticəsində də məşqçi penalti vuracaq futbolçuları müəyyən edir. Bizim komandada penaltini birinci Lorenso Ebesilio, 2-cini isə Leonardo da Silva vurur. Birinci penaltidə Daniel Subotiç yaxınlaşdı ki, özü vursun. Ancaq hər kəs bilir ki, komandada bu işi Ebesilio yerinə yetirir. Yaxşı olardı ki, Subotiç penaltini vurmaq istəyəndə, Ebesilio razılıq verərdi. Ancaq Subotiç də penaltini yerinə yetirə bilməsəydi, Ebesilio danışacaqdı ki, mənim haqqım idi. Subotiç də bombardirlər siyahısına başçılıq etdiyi üçün qol sayını artırmaq istəyirdi. Bu cür hadisələri normal qarşılamaq lazımdı.

 

- Bəs, Elnur Allahverdiyevlə Dodo arasında olan mübahisə ilə bağlı nə deyə bilərsiniz?

- Yenə deyirəm, hamısı gərginlikdən irəli gəlir. Bilirsiniz ki, Elnur emosional futbolçudu. Komandaya daha çox can yandırır. Komandada oynamayan futbolçu gördükdə əsəblərini cilovlaya bilmir. Komanda yoldaşının üstünə qışqırır, 5 dəqiqə sonra isə tamamilə başqa insan olur. Hər zaman olduğu kimi, indi də Elnurla Dodo arasında normal münasibət var.

 

- Düşünmürsünüz ki, komandada braziliyalılar ilə azərbaycanlılar arasında qruplaşma var?

- Birmənalı şəkildə, yoxdu. Sizi əmin edirəm ki, belə şeylər yoxdu. Ola bilər ki, meydanda futbolçular arasında kiçik mübahisələr olsun. Ancaq məsələ şişirdiləcək qədər qlobal deyil.  Komanda qışa qədər yığdığı xalları itirdikcə, gərginlik yaranır. Məşqçimiz də peşəkar mütəxəssisdi. Biz də ona inanırıq ki, bu gərginliyi aradan qaldıracaq.

 

- İtirilən xallara görə, hansısa tədbir görməyi düşünmürsüz?

- Tədbir deyəndə nəyi nəzərdə tutursuz?

 

- Hər hansı pul cəzası...

- Komanda ilə görüşümüz oldu. Ümumi nəticəyə gəldik ki, bunları aradan qaldırmaq üçün növbəti oyuna qələbə qazanmaq lazımdı. «Qəbələ»də çıxış edən legionerlər böyük çempionatlardan gəliblər. Pul cəzası tətbiq etməyin tam əleyhinəyəm. Futbolçuların müqavilələri var və bunun əsasında da maaş, mükafat alırlar. Fikrimcə, bu, qeyri-peşəkar addım olar. Bizim futbolçular çempionluq üçün mübarizə aparırlar.

 

- Ancaq elə futbolçular da olur ki, komandaya can yandırmırlar...

- O artıq məşqçiyə aid olan bir işdi. Kim meydanda can yandırmırsa, məşqçi onu bilməlidir. Biz də bunu qıraqdan görürük. Məşqçi, əgər ona düzgün yanaşmasa, biz də öz fikrimizi bildirə bilərik. Bütün məsələlərdə məşqçiyə etimad göstərilib. Biz də istənilən səviyyədə dəstək olacağıq. Yuri Syomin kifayət qədər təcrübəli məşqçidi. Ona nəsə öyrətmək məntiqsiz olar. Sözsüz ki, məşqçi sağlam mühit yarada bilməsə, kiməsə qarşı haqsızlıq etsə, biz ona qarışmalıyıq.

 

- Evdə «Xəzər Lənkəran» məğlubiyyəti və «Rəvan»la heç-heçə azarkeşlərinizi etirazına səbəb oldu. Küskünlüyü aradan necə qaldıracaqsınız?

- Bu gün azarkeşlərimizlə məşqçilər arasında görüş olacaq. Mənə elə gəlir ki, azarkeşlərimiz də tələsirlər. «Qəbələ» bu gün olmadığı yerdədir. Hər bir məşqçiyə də eyni cür şərait yaradılıb. Nə məşqçi, nə də rəhbərlik xal itkisini istəyir. Komanda uğursuz zolağa düşübsə, əksinə azarkeşlər dəstək olmalıdırlar.

 

- «Xəzər Lənkəran» ilə matçı mən də stadiondan canlı izləmişdim. Azarkeşləriniz qeyd edirdilər ki, hər cür şərait var, hamıdan çox pul alırlar, ancaq oynamırlar. Razısız ki, «Qəbələ» futbolçulara dəyərindən çox pul verir?

- Xeyr, heç cür razılaşmıram. Ona görə ki, büdcə məsələlərinin içində olan mənəm. Bu gün «Qəbələ»də heç kimə dəyərindən artıq pul verilmir. Digər komandalardan artıq mükafat da vermir. Azərbaycan reallığı nə tələb edirsə, onu da veririk. Marat İzmaylovla bağlı mətbuatda şişirdilmiş rəqəmlər göstərilir. Sizə deyirəm, eksklüziv olaraq: Marat İzmaylovun əsas səbəbkarı Yuri Syomindi. Burada heç bir pul amili yoxdu. İzmaylova lazım idi ki, bura gəlsin, formaya düşsün. Bizə də lazım idi ki, «Qəbələ» onun təcrübəsindən istifadə etsin. Ancaq onun bir və ya iki hissə oynamasını məşqçi müəyyənləşdirir. Düzdü, idmançılar üçün yaxşı imkanlar yaradılıb. Ən yaxşı meydanlar bizdədir. Yatmaq, durmaq yerləri yüksək səviyyədədir. Ancaq büdcə məsələsində deyilənlər yanlışdır.

 

- Fariz müəllim, Marat İzmaylov nə qədər maaş alır?

- 150 min...

 

- Hər ay?

- Xeyr, mövsümün sonuna qədər. İstəsəniz, müqaviləni də sizə göstərə bilərəm. Bu gün «Qəbələ» sırf Azərbaycan futbolunun inkişafı üçün çalışırıq. Buraya gəlmək Marata da sərf etdi. Çünki formaya düşmək üçün onun oynamağa ehtiyacı var idi. Biz də fikirləşdik ki, onun buraya gəlməsi, bizim üçün də piar olar. Həmçinin də onun təcrübəsindən istifadə etmiş olarıq.