

Dünyanın ən böyük çip istehsalçısının 100 milyard dollarlıq investisiyası mübahisələrə səbəb olub
ABŞ kəşfiyyatının hesabatları Rusiyanın geri çəkilməyəcəyini göstərir
Baş katib Rutte isə Qrenlandiya-ABŞ məsələsinə qarışmaq istəmir
“Uzun ömür yaşamaq qismən şans məsələsidir, bir də uğurlar və yaxşı genlər”
Getsə nüfuzundan olacaq, getməsə canından
Rusiyaya qarşı sanksiyaların daha da gücləndiriləcəyi barədə məlumatlar var
Sazişin imzalanması üçün ən uyğun məkan Türkiyədir
ABŞ Poçt Xidməti Maskın departamenti ilə əməkdaşlığa başlayıb
... Yaxud Makron komandasının balaca separatçılar umun böyük riskləri
ABŞ-a qarşı zəif mövqedə olan Avropa özünə dayaq olaraq Çinlə yaxınlaşa bilər
Tramp Putinin atəşkəslə bağlı mövqeyinə münasibət bildirib
İstənilən halda, Rusiya bu məsələdə uduşsuzdur.
Ağ Evin Rusiya ilə uzlaşma məntiqi AB-nin Cənubi Qafqazdakı mandatına da təsir edir
Əgər Ermənistan hücuma keçərsə, ...
Cons Hopkins Universiteti Ağ Evin qənaət siyasətinə görə 2000 əməkdaşını ixtisar edəcək
ABŞ-da növbəti qəza, sərnişinlər uçağın qanadında köməksiz qalıb
Ukraynada, onun tərkib hissəsi olan Krım ətrafında cərəyan edən, Dağlıq Qarabağ məsələsinə də dəxli olan proseslər davam edir. Hələ ki Ukrayna uğrunda Qərb-Rusiya geosiyasi savaşının yekunu dəqiq bilinməsə də, bir qənaəti indidən yazmaq mümkündür: ABŞ və Avropa Birliyi Putinə Gürcüstanda 2008-ci ildə törətdiyi özbaşınalığı təkrarlamağa imkan verməyəcək.
Əksinə, belə görünür Qərb, NATO Gürcüstan avantürasına görə Rusiyadan Ukraynada əvəz çıxacaq, Kremlə tarixi bir dərs verəcək, Putini hətta Suriyaya görə də cəzalandıracaqlar. Ki, rəsmi Moskva, ümumiyyətlə, postsovet məkanında separatçılıq kartından istifadə edib gənc dövlətlərdə demokratik prosesləri əvvəlki qaydada tormozlaya bilməsin, münaqişələrin həllində Kremlin pozucu rolu zəifləsin, eyni zamanda Yaxın və Orta Şərqdə belə fəaliyyət əngəllənsin.
ABŞ başda olmaqla, aparıcı Qərb
dövlətləri bu yöndə artıq real addımlar atmağa başlayıb. Söhbət öncəliklə
Rusiyaya qarşı iqtisadi-maliyyə sanksiyalarından gedir. Belə ki, iki gün öncə
Ukraynada səfərdə olan ABŞ dövlət katibi Con Kerri Rusiyaya qarşı sanksiyaların
çox tezliklə tətbiq ediləcəyini bəyanlayıb. Onun sözlərinə görə, sanksiyalar
həftələr yox, gün söhbətidir.
Bundan az öncə ABŞ rəsmiləri dəfələrlə
Kremlə qarşı sanksiyalar məsələsinə baxıldığını bəyan eləmişdilər. O cümlədən
Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirmişdi ki, sanksiya məsələsi,
sadəcə olaraq, nəzərdən keçirilmir, tezliklə onlar tətbiq də ediləcək.
Bu sanksiyaların Rusiyaya baha başa
gələcəyi şübhə doğurmur. Bəzi politoloqlara görə, Qərbin elan etdiyi boykot,
iqtisadi sanksiyalar və təcrid siyasəti Rusiyanı hətta çökdürə bilər. O sırada
sabiq dövlət müşaviri Vəfa Quluzadə Rusiyanın bircə gündə 76 milyard dollar
itirdiyinə diqqət yönəldərək deyir ki, Rusiyanın bütün aktivlərinin, o cümlədən
rublun məzənnəsi artıq düşüb və belə getsə, Rusiya 10 günə iflas olacaq, ölkə
iqtisadiyyatı çökəcək, iqtidar da məcbur olub istefaya gedəcək: «Rusiya deyir
ki, embarqoları aradan qaldırın, yoxsa nüvə müharibəsinə başlayacam. Putin
hesab edir ki, Qərb olduqca komfort, cah-calal içərisində yaşayır, ona görə də
Rusiyanın nüvə müharibəsi şantajının qarşısında geri çəkiləcək. Putinin hazırda
əsas strategiyası budur. Çünki bütün sanksiyalar Rusiyanı çökdürür. 10 günə
qədər bu məsələlər həllini tapmasa, hesab edin ki, Rusiya dövləti çökəcək,
Putin devriləcək».
Rusiya çökməsə belə, onun sanksiyalardan
zəifləməsi qaçılmaz olacaq. Şimal qonşumuzun zəif düşməsi isə onu Güney
Qafqazdakı əsas forpostu, işğalçı Ermənistanın himayəsini də zəiflətmiş olacaq.
Deyəsən, hadisələrin bu cür inkişafından Ermənistanda bir elə məmnun deyillər.
Bu xüsusda erməni ekspertlərindən
birinin şərhi diqqət çəkir və ümumən Ukrayna kontekstində təcavüzkar ölkədə
hökm sürən ovqatı ifadə edir. Sitat: «Yaranmış vəziyyət həqiqətən fövqəladədir.
Belə görünür, bu hadisələr yalnız de-yure Ukrayna ərazisi ilə çərçivələnsə də,
de-fakto söhbət həqiqətən dünya əhəmiyyətli proseslərdən gedir, hansı proseslər
ki, yumşaq desək, Ermənistana toxunmaya bilməz. Proseslərin kəskin xarakter
alması əsla o demək deyil ki, situasiya məhz Ukrayna hadisələri nəticəsində
kəskinləşib. Son vaxtlar vəziyyət, ümumiyyətlə, gərgin idi. Sadəcə, bu vəziyyət
özünü heç də həmişə belə sərt qarşıdurma şəklində, Qərb-Rusiya formatında
göstərməmişdi».
İcmalda bildirilir ki, Ukrayna lakmus
kağızına çevrilib və Ermənistanın hansı geosiyasi qarşıdurmada yerləşdiyini,
soyuq və ya qaynar müharibəyə nə dərəcədə yaxın olduğunu ortaya qoyub: «Bu, həm
də bizim bu gün faktiki təcrid dövlət statusunda olan və Qərbin sanksiyalarla
hədələdiyi Rusiyadan birtərəfli asılılığımızın əslində hansı anlama gəldiyinin
göstərir. Rusiyanın isə demək olar, elə bir tərəfdaşı yoxdur ki, onun Ukraynaya
qarşı hərəkətlərinə haqq qazandırmağa cürət eləsin. Və bu gün çoxları haqlı
surətdə, yarım-istehza və ya zarafatla, lakin bu və ya digər dərəcədə reallığa
yaxın bir sual qoyur ki, nə əcəb Rusiya Ermənistanı belə bir dəstək bəyanatına
məcbur eləmir? Görünür, bu, onun təsdiqidir ki, hətta Moskva da başa düşür ki,
3 sentyabrdan sonra Ermənistanın belə bəyanatlarının qara qəpiklik də dəyəri
qalmayıb. Gömrük İttifaqına üzvlükdən sonra susqunluq çoxlarına əsas verdi
düşünsün ki, bu və ya başqa şəkildə anlaşma olub. Gerçəkdə isə Ukrayna sübut
elədi ki, elə bir şey olmayıb, böyük bir yanlışlıq olub - ilk növbədə də həm
hakimiyyətin, həm də Ermənistanın açar siyasi oyunçularının davranışındakı gözə
girən qeyri-adekvatlığa münasibətdə yanlışlıq olub. Onlar qətiyyən başa
düşmədilər ki, hansı seçimi edirlər və geosiyasi perspektivdə nə baş verir. Və
məlum olur ki, hər şeylə birlikdə bu qeyri-adekvatlıq həm də geridönməzdir».
Göründüyü kimi, təhlildə Ermənistanın «batan
Rusiya»nın ayağından yapışması yanlış siyasət hesab edilir. Doğrudan da, şimal
qonşumuzun Ukraynadakı geosiyasi savaş meydanından məğlub ayrılması onun Dağlıq
Qarabağ məsələsində söz sahibliyini, monopolist mövqeyini də zədələyəcək və
nəticə etibarilə Avropa, ABŞ nizamlama prosesində önə çıxmış olacaq.
Qərbin, Avropa Birliyi və ABŞ-ın Qarabağ
məsələsində hazırkı yanaşması isə əfsus ki, bizim arzuladığımız səviyyədə
deyil. Çünki ötən zaman kəsiyi də göstərdi ki, bu mövqeyi təkcə Azərbaycanın
karbohidrogen yataqlarının Avropadan ötrü önəmi müəyyənləşdirmir. Ona qalsa,
Avropa Rusiyanın neft-qazından daha çox asılı idi. Amma bu amil Qərbə Rusiyanı
iqtisadi sanksiyalarla boğmağa mane olmur, olmayacaq, bəlkə də əksinə, yardım
edir.
Sözü ona gətiririk ki, Ermənistanın
məlum girov vəziyyətində Azərbaycanın Qarabağ məsələsində daha uğurlu mövqeyə
çıxması, qonşu ölkəni müttəfiqi Rusiya kimi işğalçı qismində damğalanması üçün
növbəti əlverişli, bəlkə də tarixi bir şans yaranmaqdadır. Bundan ötrü isə çox
şey tələb olunmur: ölkədə ilk növbədə Qərbin önəm verdiyi təməl insan
haqlarına, nəhayət, sayğı göstərmək, bunun əyani sübutu kimi Avropa Birliyi ilə
assosiativ sazişin imzalanması prosesini sürətləndirmək. Hansı prosesdə ki,
ötən ilin 3 sentyabrınadək Ermənistan Azərbaycandan qat-qat fəal olub.
Müxtəsəri, elə olmasın ki, təcavüzkar
ölkə indi də Qərbin rəğbətini qazanıb onun sevimlisinə çevrilməkdə bizdən
qabağa düşsün. Bu ləngimə bağışlanmaz tarixi səhvimiz olardı. Unutmayaq ki,
Qərb öz müttəfiqlərini qorumağı, onların problemlərinin həllində yanlarında
olmağı çox yaxşı bacarır.
Uydurma «soyqırım»ın yaxınlaşan 100 illiyi ərəfəsində bloklara qoşulmayan, müstəqil, qeyri-demokratik rejimə malik Azərbaycanın mövcudluğu fonunda qərbpərəstə çevriləcək Ermənistana həmin Qərbin Qarabağ məsələsində hansı siyasi-diplomatik köməyi göstərəcəyini adam təsəvvürə gətirməyə belə qorxur.