vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SAĞLAMLIQ  
11:20 | 31 may 2022 | Çərşənbə axşamı Məqaləyə 1311 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər il siqaretdən 8 milyon insan ölür

Tütünün böyük hissəsi aşağı-orta gəlirli ölkələrdə yetişdirilir

Mayın 31-də Ümumdünya Tütünlə Mübarizə Günü qeyd olunur. Hər il tütün sənayesi dünyada 8 milyondan çox insanın ölümünə səbəb olur. Bu sənaye dünya üçün ilə 600 milyon ağac, 200 min hektar torpaq, 22 milyard ton su, 84 milyon ton CO2 deməkdir.

Rəqəmləri bu gün Dünya Səhiyyə Təşkilatı (DST) açıqlayıb. Qurum tütünün ətraf mühitə və insan səhhətinə təsirinin miqyasını göstərir, bu sənayenin səbəb olduğu dağıntılara görə məsuliyyət daşımasından ötrü addımlar atmağa çağırır.

Tütünün böyük hissəsi aşağı-orta gəlirli ölkələrdə yetişdirilir. Bu ölkələrdə adətən ərzaq istehsalında su və torpaq qıtlığı yaşanır. Əvəzində isə bu resurslar ölümə səbəb olan tütünün yetişdirilməsinə istifadə olunur, getdikcə daha çox torpaq meşələrdən təmizlənir.

“Tütün: Planetimizi zəhərləyir” adlı hesabatda qeyd olunur ki, hər il tütün sənayesinin istehsal, emal və nəqliyyat prosesində atmosferə buraxdığı karbon, kommersiya hava sənayesinin səbəb olduğunun beşdə birinə bərabərdir. Bu isə qlobal istiləşməyə töhfə verir.