vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
18:53 | 10 mart 2014 | Bazar ertəsi Məqaləyə 2775 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Böyük oyun»dan böyük dərs

«Azərbaycan futbolunun orta barmağı» «Qəbələ»lilərə yaraşmadı

Emin SƏFƏROV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Neftçi» özünə gəldi. «Böyük oyun»da flaqmanın başına gələnlər, ötən turda Qəbələ səfərində unuduldu. Demək olar ki, «xalq komandası»nın baş məşqçisi Böyükağa Hacıyev «Qəbələ»nin qarşısına normal heyət çıxarmışdı.

Son turlarda qeydə alınan nəticələrə görə turnir cədvəlində bir qədər geri düşən Sadıq Sadıqovun komandası bu uğursuzluğa son deməliydi. «Qəbələ»yə nisbətən matça daha istəkli başlayan «Neftçi» «qırmızı-qaralar» üzərində layiqli qələbə qazandı. Sözsüz ki, matçda xoşagəlməz hadisələrdən biri yerli azarkeşlərin Mahir Şükürova qarşı işlətdiyi ifadələr oldu.

Azarkeşlərin Şükürova həsr etdikləri «Azərbaycan futbolunun orta barmağı» pankartı onların futbolçuya qarşı aqressiyasından irəli gəlirdi. Düzdü, azarkeşlərin bu aqressiyası heç də əbəs deyil. Vaxtilə Mahir də azarkeşlərə qarşı az səhvlər buraxmayıb. «Böyük oyun»da Mahirin «Xəzər Lənkəran» azarkeşlərinə göstərdiyi barmaq jesti hələ də unudulmayıb. Hansı ki, o, bunun nəticəsində 3 oyunluq cəza almışdı. Bu dəfə isə həmin barmağına görə, «Qəbələ» azarkeşləri müdafiəçiyə fərqli «cəza» vermiş oldu.

Şükürovun bu dəfə səbrini cilovlaya bilməsi alqışlanası haldı. O, azarkeşlərin səsləndirdiyi şüarlara heç bir reaksiya verməyərək, komandasının qələbəsində pay sahibi oldu. Mahirin bu dəfə səbirli davranması da başa düşüləndir. O, aldığı cəzadan sonra həm «Neftçi» uğursuz çıxış etmiş, həm də milli komandanın təlim-məşq toplanışına çağırılmamışdı. Millimizin baş məşqçisi Berti Foqts da Mahirin yığmaya çağırılmama səbəbinin onun azarkeşlərə etdiyi jestə görə olduğunu açıq bəyan etmişdi.

Görünür, Şükürov bütün bunlardan dərs çıxarıb. Bunun üçün də ona qarşı aqresiyya nümayiş etdirən azarkeşlər də bir qədər səbirli olmalıdırlar. Onu da nəzərə almaq lazımdı ki, Mahir artıq karyerasının son illərini yaşayır. Onu ən azından futboldan təhqiramiz ifadələrlə yola salmaq azərbaycanlı azarkeşlərə yaraşmaz. Azarkeşlər ən azından rəqib futbolçuları, hakimi günahlandırmaqdansa, komandalarına sona qədər dəstək olmaqla qələbələrində pay sahibi olmalıdırlar. Bu cür olayları hər oyunda təkrarlamağın isə futbolumuza heç bir faydası olmayacaq.