vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 1 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
18:35 | 13 mart 2014 | Cümə axşamı Məqaləyə 1635 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pentaqon Azərbaycanla bağlı təcili plan qurur

Rusiya dəhlizi bağlansa ABŞ-ın 2 variantı qalacaq

Pentaqon Rusiya üzərindən Əfqanıstana daşınan yüklərin Azərbaycan və Gürcüstandan keçən dəhlizə yönəldilməsi üçün təcili planlar qurur.

Virtualaz.org saytı Amerika qaynaqlarına istinadən xəbər verir ki, bu barədə Senatdakı dinləmələrdə Birləşmiş Ştatların Nəqliyyat Komandanlığının və Hava Səfərbərliyi Komandanlığının rəhbəri general Pol Selva bildirib.

General deyib ki, əgər Rusiya öz ərazisindən Əfqanıstana yüklərin daşınmasını qadağan etsə, o zaman Pentaqon alternativ marşrut kimi bu yükləri Azərbaycan və Gürcüstandan keçən dəhlizə yönəldəcək.

Senatın Silahlı Qüvvələr Komitəsində dinləmələr zamanı senator Kelli Ayotte generala belə sual verib ki, hazırda Birləşmiş Ştatlar Rusiyanın Krımı zəbt etməsinə cavab olaraq bu ölkəyə qarşı sanksiyalar hazırlayır.

“Əgər ruslar bu sanksiyalara cavab olaraq cavab addımları atsalar və nəticədə bizim Şimal nəqliyyat dəhlizinə çıxışımız bağlansa, hansı tədbirləri görməyə hazırlaşırıq?” - deyə respublikaçı senator generaldan soruşub.

“Bu məsələ bizim prioritetlərimizdən biridir. Əgər ruslar bizim Şimal dəhlizinin seqmentinə çıxışımızı məhdudlaşdırsalar, Əfqanıstana və geriyə yükləri daşımaq üçün başqa variantlarımız var” - deyə general bildirib.

P.Selva deyib ki, hazırda Əfqanıstana və geriyə yüklərin, məsələn, ərzaqların təxminən 20 faizi Rusiyadan keçən dəhlizlə daşınır. Ona görə də ruslar yolu bağlasa, bu yüklər başqa alternativlə daşınacaq.

General alternativin Gürcüstan və Azərbaycandan keçən cənub nəqliyyat dəhlizindən ibarət olduğunu deyib.