vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
DÜNYA  
13:08 | 7 iyul 2022 | Cümə axşamı Məqaləyə 777 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Evdən işləmək qanuniləşdirilir

Niderland növbəti qapanmalara hazırlaşır?

MÖVZU İLƏ ƏLAQƏLİ

Niderland parlamenti əmək qanunvericiliyində dəyişikliklərə səs verərək işçilərə evdən işləmək hüququnu tanımaqdadır. İndi işəgötürənlərdən, əgər bu, mümkün olarsa, işçilərinə evdən çalışmağa icazə vermələri tələb olunacaq.

Qanunvericiliyə edilən dəyişikliklər Niderland parlamentinin aşağı palatasında bəyənilib və təsdiq üçün Senata təqdim edilib.

Ekspertlərin fikrincə, oxşar düzəlişlər tezliklə digər Avropa ölkələrində də qəbul oluna bilər. Bu da Avropa İttifaqında məşğulluğun mənzərəsini dəyişəcək.

Evdən iş 2020-2021-ci illərdə COVID-19 pandemiyası zamanı Avropada və bir çox başqa ölkələrdə kütləvi təcrübədən keçirilib. İndi koronavirus məhdudiyyətləri, demək olar ki, hər yerdə qaldırılıb, lakin uzaqdan işin bir çox çalışan və işəgötürən üçün əlverişli olduğu üzə çıxıb. Bir çox işçilər daha çevik iş saatlarından məmnundurlar və işəgötürənlər ofis xərclərinin aşağı olduğunu görürlər.

Əksər ölkələrdə məsafədən iş qrafiki məsələləri qanunla tənzimlənmir və hər bir şirkət rəhbərliyinin şəxsi qərarı ilə tənzimlənir. Məsələn, iyunda “Tesla”nın rəhbəri İlon Mask bütün işçilərdən, o cümlədən vəzifələrini uzaqdan yerinə yetirə bilənlərdən, müqavilədə nəzərdə tutulduğu kimi, həftədə 40 saat ofisdə olmalarını, əks halda isə, işdən çıxmalarını tələb etmişdi.