Dünya dizüstə qalıb
Beynəlxalq iqtisadiyyat dilemma ilə qarşı-qarşıyadır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Adam öldürmə cinayətinə 4 aylıq həbs?
Qonşusunu “Covid-19”a yoluxduran qadına həbs cəzası
-
Auditorlar məhkəməsindən acı etiraf
“COVİD-19” bərpa fondunda gecikmələr nəticəsində AB üzvü dövlətlər pullarını ala bilməyib
-
Ən az etibar edilən peyvənd
ABŞ-da COVİD-19 vaksininə şübhə edənlərin sayı artır
-
Sağlamlıq səfərbərliyi
Meymun çiçəyi virusu haqqında şok təfərrüat
-
“Covid-19”dan daha ölümcül
Özünüzü meymun çiçəyi virusundan qorumağın yeganə yolu!
-
Son bir həftədə 861 yoluxma
Cənubi Koreya “Covid-19” həyəcanı
-
Dünya təşvişə düşüb
Kabus geri dönür; “ən yoluxucu variant” sürətlə yayılır
-
Bir həftədə 7 nəfər ölüb
Yunanıstanda “Covid-19” həyəcanı
-
Kabus xortladı
DST xəbərdar edir, yoluxduqdan beş gün sonra başlayır
-
Yumşalma rahatlıq əvəzinə təlaş yaratdı
Camaatın axışdığı bazarlarda, apteklərdə limon və ağrıkəsici yoxa çıxıb
-
DST gələcək pandemiyalara hazırlaşır
“Mümkün qlobal epidemiyalarla mübarizə” üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanır
-
Qriplə fərqi qalmadı...
Avropa ölkəsi COVİD-19 yoluxmaları zamanı məcburi karantini ləğv edir
-
Ərzaq böhranı xəbərdarlığı
Britaniya hökumətinin çətin günləri
-
Çində etirazçı ovu
Polisi aksiya iştirakçılarını mobil telefon siqnalları ilə aşkarlayır
-
Hökumət geri addım atdı
Çində baş verən etiraz aksiyalarının görünməmiş miqyası pandemiya yumşalmalarına səbəb oldu
-
Çində polis nümayişlərə maneə törədib
Sərt tədbirlər davam edir
Dünya iqtisadiyyatı növbəti ciddi böhranla, resessiya ilə üzləşib, hətta artıq böhranın içindədir. Dünyada getdikcə artan inflyasiya, enerji və ərzaq böhranı, logistik zəncirlərin qırılması, yenilərinin yaranması ilə bağlı problemlər – bütün bunlar 2020-ci ildə COVİD-19 bəlasının dünya ölkələri tərəfindən doğru idarə edilməməsinin nəticəsidir.
Likvidliyin kəskin artırılması, bazarlara 17 trilyon dollar əlavə vəsaitin axıdılması, qapalı sərhədlər, ən sonda Rusiyanın Ukraynaya qarşı təcavüzü dünya iqtisadiyyatını dizüstə qoyub. Dünya dilemma ilə qarşı-qarşıya qalıb – ya kredit faizlərini (MB-ın uçot dərəcəsini artırmaq yolu ilə) artıraraq inflyasiya ilə mübarizə aparmaq, ya da likvidlik bolluğunu davam etdirərək inflyasiyanı daha da yüksəltmək. Görünən odur ki, Dünya ölkələri birinci yolu tutublar - əksər MB-lar uçot dərəcəsini artırmaq yolu tutublar, bu yol inflyasiyanı cilovlaya bilər, amma iqtisadi aktivliyi boğacaq, iş yerlərini, insanların real gəlirlərini kəskin azaldacaq – bu yol yenə bir çox ölkələrdə sosial gərginliklərə, kütləvi etirazlara, nəticədə siyasi elitaların dəyişməsinə yol açacaq.
Qəribəsi budur ki, hətta ikinci yol tutsalar belə, yenə nəticə eyni olacaq – likvidliyin artması davam etdikcə inflyasiya da yüksələcək, qiymət artımları kütləvi etirazlara, seçkilərdə anti-elita qüvvələrə səs verməklə dəyişikliklərə səbəb olacaq.
Yəni, COVİD-19 səhvləri, hətta cinayətləri artıq dünya ölkələri elitasının boğazına keçmiş ipdir, hər hansı tərəfə çapaladıqca, ip daralır, siyasi “boğulma” çırpıntıları artır.
21 iyul 2022-ci ildə Avropa Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz artıracaq – bu avronu müvəqqəti olaraq nisbətən bahalaşdıracaq, amma 0,25% inflyasiyaya qalib gəlmək üçün yetərli deyil, deməli il sonuna qədər yenə faiz artımı olmalıdır. Yaxşı, AMB-ı faiz artımlarını davam etdirsə fraqmental Avropa iqtisadiyyatının halı necə olacaq?! Yəni, Avropa iqtisadiyyatı fraqmentaldır – ölkələr eyni qaydada inkişaf etmiyib, eyni ehtiyatlara malik deyillər, deməli, cənub və şərqi Avropa ölkələri faiz artımından daha çox zərər görəcəklər, iqtisadi daralma yüksələcək. Qərbi və Şimali Avropa ölkələri daha dayanıqlıdırlar, amma orda da iqtisadiyyatın 1 faizi belə daralması böyük ölkələr üçün onminlərlə işsiz, onminlərlə müflisləşmiş şirkətlər deməkdir.
27 iyul 2022-ci ildə isə ABŞ-da FED-in növbəti toplantısı olacaq, zatən aqressiv faiz artımına başlayan FED, bu dəfə ən az 0,75 faiz, və ya hətta 1 faiz uçot dərəcəsini artıra bilər – bu isə yenidən dollar indeksinin yüksəlməsinə, dolların bütün valyutalar qarşısında dəyər qazanmasının sürətlənməsinə səbəb olacaq. Doğuracağı nəticə isə ABŞ-da da kredit faizləri bahalaşacaq, bu isə iqtisadi daralma, işsizlik, insanların real gəlirlərinin azalması demək olacaq.
Bir sözlə, dünya siyasi elitası COVİD-19 biabırçılığına və Rusiyanın aqressiyasını önləyə bilmədiyinə görə elə bir vəziyyət yaradıb ki, “yuxarı tüpürürsən bığdır, aşağı tüpürürsən saqqal”, bu isə onu deməyə əsas verir ki, yaxın zamanda dünya ölkələrində kardinal şəkildə siyasi idarəetmə elitası dəyişəcək.
O ki qaldı bizim məmləkətə, biz bu dünyadan deyilik, neft-qaz baha, hökumətin kefi kök, xalq tik-tokda, dollar sabit – amma bilin və agah olun ki, məmləkətin normal, işlək, rəqabətli iqtisadi model qurmağa cəmi 6-7 il zamanı var, hələ ki, 6-7 il neft-qaz baha olacaq, bu bizə 3-cü və sonuncu şans verir ki, işlək sistem qura bilək, bu şans da qaçsa ölkəmiz tarixin və dünyanın küncündə-bucağında qalacaq...