
Ülgüc kimi kəskin boğaz ağrısı
“COVİD-19”un yeni “Nimbus” variantı sürətlə yayılır
“COVİD-19”un yeni “Nimbus” variantı sürətlə yayılır
Koronavirus yoluxmaları hətta yay aylarında arta bilər
Yeni pandemiyadan bir mutasiya uzaqlıqda
Yeni “COVİD-19” ştammı bütün dünyaya yayılır
“NB.1.8.1” variant Fransaya yayılır
“COVİD-19”dan sonra xəbərdarlıqlar ard-arda gəlir!
“COVİD-19” peyvəndi vurulan 573 nəfərə daimi diaqnoz qoyulub
DST korrupsiya və insanlıq üçün təhlükə mənbəyidir
Hər 10 nəfərdən 1-i COVİD-in olduğuna əmin deyil
İnvestorların qızıla yatırımı “pandemiyanın” fəsadlarıdır
Qonşusunu “Covid-19”a yoluxduran qadına həbs cəzası
“COVİD-19” bərpa fondunda gecikmələr nəticəsində AB üzvü dövlətlər pullarını ala bilməyib
Meymun çiçəyi virusu haqqında şok təfərrüat
Özünüzü meymun çiçəyi virusundan qorumağın yeganə yolu!
Cənubi Koreya “Covid-19” həyəcanı
Kabus geri dönür; “ən yoluxucu variant” sürətlə yayılır
ABŞ-da 1500 böyüklər arasında aparılan sorğu göstərib ki, amerikalılar arasında COVİD-19 peyvəndi ilə bağlı dezinformasiya yayılır.
Pensilvaniya Universitetinin Annenberg İctimai Siyasət Mərkəzi bildirib ki, peyvəndlərin minlərlə insanın ölümünə səbəb olduğuna dair yanlış inanc 2021-ci ildə aparılan sorğudan sonra 6 faiz artıb.
Son sorğu iyulun ortalarında, ABŞ-da yayda COVİD-19 yoluxmalarının artdığı vaxt keçirilib. Son həftələrdə infeksiyalar azalsa da, səhiyyə işçiləri payızda yeni dalğaya hazırlaşırlar və çünki qapalı yerlərdə daha çox insan toplaşacaq.
Yeni sorğu ABŞ Qida və Dərman İdarəsi yenilənmiş COVİD-19 vaksinlərini təsdiqlədiyini elan etməzdən bir həftə əvvəl yayımlandı.
Sorğu nəticəsində məlum olub ki, virusa yoluxmağın peyvənd olunmaqla qorunmaqdan daha təhlükəsiz olduğuna dair yanlış inanc bir ildən çox müddətdə 12 faiz artıb.
Peyvəndin insanların DNT-sini dəyişdiyinə yanlış inananlar 7 faiz artıb.
Lakin alimlər sorğunun bəzi ümidverici əlamətlər də ortaya qoyduğunu qeyd ediblər. Sorğuda iştirak edən böyüklərin əksəriyyəti (65 faiz) peyvəndlərin elmə uyğun olduğuna inanır.
Peyvəndlərə qarşı allergik reaksiyaların çox nadir olduğuna inanan respondentlərin nisbəti 2021-ci ildəki 61 faizdən iyulda 65 faizə yüksəlib.
Hər halda, bu il verilən cavablar göstərir ki, ümumilikdə vaksinlərə inam azalıb və COVİD-19 peyvəndi ən az etibar ediləndir. 2023-cü ilin avqustuna aid ən son məlumatlar, sorğuda iştirak edənlərin 66 faizi COVİD-19 peyvəndinin faydalarının mümkün risklərdən üstün olduğuna inandığını göstərdi.
Dünyada milyardlarla insan COVİD-19 peyvəndi ilk dəfə 2020-ci ilin dekabrında təsdiqləndikdən sonra aldı. Pandemiya zamanı ABŞ-da yüz milyonlarla insan peyvənd olunub.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri bildirirlər ki, peyvəndin üstünlükləri potensial riskləri üstələməyə davam edir və nadir halda ciddi yan təsirləri var.
COVİD-19-ə yoluxmaq virusa qarşı müəyyən qorunma təmin etsə də, zaman keçdikcə bu qorunma azalır. Bu yaxınlarda virusa yoluxmuş insanlara hələ də yenilənmiş COVİD-19 peyvəndlərini almaq tövsiyə olunur.