
Pandemiyadan 5 il keçdi
Hər 10 nəfərdən 1-i COVİD-in olduğuna əmin deyil
Hər 10 nəfərdən 1-i COVİD-in olduğuna əmin deyil
İnvestorların qızıla yatırımı “pandemiyanın” fəsadlarıdır
Qonşusunu “Covid-19”a yoluxduran qadına həbs cəzası
“COVİD-19” bərpa fondunda gecikmələr nəticəsində AB üzvü dövlətlər pullarını ala bilməyib
ABŞ-da COVİD-19 vaksininə şübhə edənlərin sayı artır
Meymun çiçəyi virusu haqqında şok təfərrüat
Özünüzü meymun çiçəyi virusundan qorumağın yeganə yolu!
Cənubi Koreya “Covid-19” həyəcanı
Yunanıstanda “Covid-19” həyəcanı
DST xəbərdar edir, yoluxduqdan beş gün sonra başlayır
Camaatın axışdığı bazarlarda, apteklərdə limon və ağrıkəsici yoxa çıxıb
“Mümkün qlobal epidemiyalarla mübarizə” üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanır
Avropa ölkəsi COVİD-19 yoluxmaları zamanı məcburi karantini ləğv edir
Polisi aksiya iştirakçılarını mobil telefon siqnalları ilə aşkarlayır
Çində baş verən etiraz aksiyalarının görünməmiş miqyası pandemiya yumşalmalarına səbəb oldu
Sərt tədbirlər davam edir
ABŞ prezidenti Co Baydenin bu yaxınlarda “COVİD-19” virusuna yoluxandan sonra ictimaiyyətin diqqətini yenidən bu xəstəliyə çəkib. Virusun iki yeni variantı bir çox ölkədə, xüsusən də ABŞ-da sürətlə yayılır. Mütəxəssislər deyirlər ki, “KP.3” və “KP.3.1.1” virusları bu günə qədər ortaya çıxan ən yoluxucu variantlardır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) də yeni dalğaya qarşı xəbərdarlıq edir.
***
ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına əsasən, iyulun 7-dən iyulun 20-nə qədər olan iki həftəlik müddətdə, “KP.3” variantı testləri pozitiv çıxanların 32,9 faizini təşkil edərkən, “KP.3.1.” 17,7 faizlə onu izləyib. Bu iki variant birlikdə ABŞ-da “COVİD-19” yoluxanların 50,6 faizini təşkil edir.
ABŞ-ın ən azı 21 ştatında “Covid-19” yoluxmalarının yüksək səviyyədə olduğu bildirilsə də, Kaliforniya Universiteti yeni variantlar haqqında dedi: “Sizin çox, yoluxucu variantınız var, yəqin ki, bizdə olan ən yoluxucu variantlardan biridir”. Daha əvvəl İngiltərə və Yunanıstanda “COVİD-19” yoluxmalarında sıçrayış olduğu bildirilmişdi.
***
“COVİD-19” infeksiyadan bir neçə gün sonra və ya ən geci 2 həftə ərzində simptomlar göstərməyə başlayır. Mütəxəssislər tövsiyə edir ki, sizdə “COVİD-19” simptomları müşahidə olunarsa, dərhal ən yaxın sağlamlıq mərkəzinə müraciət edib müayinədən keçin. “COVID-19”un yeni variantlarının bəzi simptomları aşağıdakılardır:
Qızdırma və ya titrəmə
Öskürək
Nəfəs darlığı və ya nəfəs almaqda çətinlik
Taqətsizlik
Əzələ və ya bədən ağrıları
Baş ağrısı
Dad və ya qoxu itkisi
Boğaz ağrısı
Burun tutulması və ya axması
Ürəkbulanmasıı və ya qusma
Bağırsaq pozulması və ya ishal
***
Mütəxəssislər yay aylarında “COVİD-19”a yoluxma hallarının artmasının səbəbini insanların bu fəsildə park, çimərlik, festival və konsert kimi ərazilərə daha çox toplaşmaları ilə izah edirlər. Virus izdihamlı mühitlərdə daha çox insana yoluxur. Məsələn, İngiltərədə futbol üzrə Avropa çempionatını izləmək üçün azarkeşlərin bir araya gəlməsi səbəbindən xəstələrin sayında böyük artım olmuşdu.
Mütəxəssislər insanların sıx olduğu mühitlərdən uzaq durmağı, sosial məsafəni qorumağı və belə mühitlərdə maskadan istifadə etməyi tövsiyə edir. Bundan əlavə, həkimlər gigiyenaya diqqət yetirməyi və peyvəndə laqeyd yanaşmamağı tövsiyə edir.