Qızıl geri çəkilir
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
14:59 | 15 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 172 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Qlobal birjalarda narahatlıq davam edir
Birjalar çökür, məşhur şirkətlərin hissələri və kriptovalyutalar həddindən artıq ucuzlaşdı
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
Trampın tariflərinin təsiri ilə Almaniyaya sərmayəçilərin inamı aşağı düşüb. Avropa İqtisadi Araşdırmalar Mərkəzi (ZEW), investorların və analitiklərin gələcək 6 ay üçün gözləntilərini ölçən “ZEW” İqtisadi Güvən İndeksinin aprel ayı məlumatlarını açıqlanıb.
ABŞ prezidenti Donald Trampın elan etdiyi tariflərdən sonra Almaniyaya sərmayəçilərin inamı mart ayında 51,6 olan iqtisadi güvən indeksi, əvvəlki ayla müqayisədə 65,6 bənd azalaraq aprel ayında mənfi 14-ə düşüb. Bazar gözləntiləri indeksin 10 bənd yüksələcəyi ilə bağlı idi.
Cari Vəziyyət İndeksi aprel ayında əvvəlki ayla müqayisədə 6,4 bənd artaraq mənfi 81,6-ya yüksəlib. Mart ayında indeks mənfi 87,6 olaraq açıqlanıb.
“ZEW” prezidenti Açim Vambax verdiyi açıqlamada ABŞ-ın tarif siyasətinin Almaniyadakı gözləntilərə çox mənfi təsir göstərdiyini, tariflərlə yanaşı qlobal iqtisadi qeyri-müəyyənliyin də gözləntilərə pis təsir etdiyini bildirib.
Avrozonada iqtisadi etimadı göstərən “ZEW” indeksi aprel ayında əvvəlki ayla müqayisədə 58,3 bənd azalaraq mənfi 18,5-ə düşüb.