Çində qadağan olunmuş sual
Si Cinpinin varisi kim olacaq?
11:29 | 8 oktyabr 2022 | Şənbə
Məqaləyə 1269 dəfə baxılıb
Şriftin ölçüsü
Si Cinpinin varisi kim olacaq?
Trampın Çindən tələbləri
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
“Qida yağını özümüz də istehsal edə bilərik”
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
ABŞ Çinlə ticarət danışıqlarında böyük irəliləyiş gözləyir
Dünyanın ən hündür körpüsü açıldı
“Frankenşteyn” sürətlə yayılır
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
İqtisadiyyatdakı göstəricilərin əksəriyyəti gözləntiləri qarşılamadı
Ekspertlər siyasəti günahlandırır
Avropada yeni “COVİD-19” variantı “Stratus” dominant vəziyyətə gəldi
Çin Filippinlə ərazi mübahisəsində olduğu hövzəni milli təbiət qoruma zonası adlandırdı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
Dünya ölkələrini 2 il ərzində bürüyən koronavirus xeyli problem yaradıb. İqtisadi tənəzzül və inflyasiya vaxtilə inkişaf edən ölkələrin əsas probleminə çevrilib. Avropa İttifaqı ölkələri enerji problemi ilə də üzləşiblər. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi neft və qazın qiymətlərini artırıb. Bu qışın Avropa ölkələri üçün ağır keçəcəyi proqnozlaşdırılır.
Çində də iqtisadi vəziyyət mürəkkəbdir. Çinin daşınmaz əmlak bazarı iflas həddindədir. Ümumdünya Bankının hesabatına görə, 1990-cı ildən bu yana bır sıra Asiya ölkəsi iqtisadi inkişafa görə Çini qabaqlaya bilər. Asiya ölkələrinin iqtisadi inkişafı 5 faizi keçərkən, Çinin göstəricisi 3 faizə çatmayacaq.
Buna baxmayaraq, Ümumdünya Bankının monitorinqinə görə Pekin koronavirusla mübarizədə uğurlar qazanıb. Ancaq bu mübarizə Çin iqtisadiyyatına baha başa gəlib, idxal-ixrac əməliyyatları, sənaye istehsalı azalıb. Logistikada problemlər yaranıb, məhsulların daşınma və çatdırılma zəncirində qırılmalar var. Digər tərəfdən Çinin “Alibaba” kimi nəhəng şirkətlərinə qarşı müxtəlif qadağalar da tətbiq edilib ki, bu da ölkənin gəlirlərinə mənfi təsir edib.
“Wall Street Journal” dərgisində dərc olunan məqalədə, Çin iqtisadiyyatının problemlərinin artacağını proqnozlaşdırıb. “Reuters” agentliyi də Çin iqtisadiyyatında qeyri-müəyyənliyin davam etdiyinə dair analiz paylaşıb. Çindəki sənaye müəssisələrinin gəlirlərinin təxminən 2 faiz azalması da bundan xəbər verir. Çin iqtisadiyyatında normallaşma mərhələsi başlayarkən, koronavirusun yayılmasıyla əlaqədar bir sıra sənaye şəhərində yenidən qadağalar və qapanmalar tətbiq edilməyə başlanıb. İqtisadçılar Çin iqtisadiyyatının 2023-cü ildə keçmiş illərdəki inkişaf tempini bərpa etməyəcəyini proqnozlaşdırırlar.
Qurultaya hazırlaşan Çin Kommunist Partiyası Ümumdünya Bankının və Qərb mətbuatının proqnozları ilə razı deyil. Pekin iqtisadi inkişaf tempinin artacağına əmindir. Çin iqtisadiyyatı 30 il ərzində 10 faiz artım nümayiş etdirib. Ancaq bir qrup iqtisadçı bu inkişafın sonsuza qədər davam etməyəcəyini bildiriblər. Almaniya, İtaliya, Cənubi Koreya və Yaponiya da uzun illər inkişaf dövrü yaşayıblar, ancaq hazırda müxtəlif problemlərin həlliylə məşğuldurlar.