vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SƏHİYYƏ, ORDU  
19:36 | 21 iyul 2022 | Cümə axşamı Məqaləyə 3017 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yoluxma 300-ü keçdi

175 nəfər sağalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda koronavirusa 305 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 21-də verilən məlumata görə, 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 795 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 356 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 410 aktiv xəstə var. Bu günə qədər 9 729 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 484, bu günə qədər isə ümumilikdə 7 015 080 test icra olunub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması, aprelin 15-dən isə Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilib.