SEPAH-ın gecəyarı əməliyyatı
Əli Xameneyinin qəti əleyhdarı sabiq nazir müavini Taczadə həbs edib
CAVİDAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Jestin adı “B-52” və “F-22”
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
-
“Zərbə məhdud olacaq”
Pentaqon İranı vurmağa hazırlaşır?
-
“İran bizi axtaracaq”
Tramp: “Çox kədərli bir vəziyyətdir”
-
… Olar, ya yox?
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
-
“Bu nəticələr bizə zərbədir”
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
-
Xəzər necə bölüşdürüldü?
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
-
“Qarşımızda yeni perspektivlər açılır”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
-
Konvensiya bağlandı...bəs sonra?
Azərbaycan nə uddu?
-
“Xəzərdə ABŞ bazası yerləşdirilməyəcək”
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
-
“Qonşularımızın yanındaydıq”
İran Türkiyənin müdafiəsinə qalxdı
-
“Hər şey razılaşdırlıb”
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
-
“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək”
Nazarbayevdən müjdə
-
“ABŞ-a etibar etməyin”
Ruhanidən Şimali Koreyaya xəbərdarlıq
-
Netanyahudan dünyaya çağırış
İran qoşunlarının Suriyadan çıxarılması üçün beynəlxalq saziş hazırlana bilər
-
Yeni müharibə hədəsi ...
... Bölgədə böyük fəlakətə yol açacaq
-
Nüvə silahı müəmması
Dünyanı şoka salan bəyanat – sirli sənədlərdə nə var?
İranda 2021-ci il prezident seçkilərinə namizəd, siyasi fəal və keçmiş siyasi məhbus Mustafa Taczadə iyulun 8-i gecə saatlarında həbs olunub. Onun həbsinin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsinin əməkdaşları tərəfindən həyata keçirildiyi deyilir.
İranın keçmiş islahatçı prezidenti Məhəmməd Xatəmi dövründə daxili işlər nazirinin müavini olan Taczadənin həbsi barədə xəbəri İranın rəsmi dövlət mediası təsdiqləyib.
“Mehr” xəbər agentliyi Mustafa Taczadənin həbsinin “ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq” və “yalan məlumat yaymaqla ictimai rəyi çaşdırmaq” ittihamları əsasında baş verdiyini yazıb.
Siyasi fəalın həyat yoldaşı Fəxrülsadat Möhtəşəmipur həbslə bağlı yaydığı qısa video müraciətdə Mustafa Taczadənin başına gələ biləcək bütün hadisələr üçün bir başa Əli Xameneyinin məsuliyyət daşıyacağını deyib.
Qeyd edək ki, Mustafa Taczadə İranda Əli Xameneyini sərt tənqid edən tanınmış şəxslərdən biridir. O, 2009-cu ildə İranda keçirilən qalmaqallı prezident seçkilərində həbs olunaraq 7 il zindana salındı.
Taczadə zindandan Əli Xameneyiyə yazdığı açıq məktubda onu sərt tənqid edərək ölkədə baş verən çatışmazlıqlar və cinayətlərə görə, onun şəxsən məsuliyyət daşıdığını yazmışdı.