vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
13:17 | 6 oktyabr 2022 | Cümə axşamı Məqaləyə 1264 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Belə getsə, növbəti...

Ermənistan yenidən Azərbaycanın səbri ilə oynayır

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Ermənistan tərəfinin birgə bəyanatın imzalanmasından sonra belə ərazilərimizə PMN-Э tipli piyada əleyhinə yerli istehsal minalarını yerləşdirməsi Ermənistanın Azərbaycana qarşı mina terroruna fasilə vermədiyini göstərir”. Bunu fikir ekspert Ədalət Verdiyevə aiddir.

Ekspert daha sonra bildirib ki, Ermənistan növbəti dəfə toqquşma ocağı yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkmək istəyir: “Üçtərəfli birgə bəyanatın imzalanmasından sonrakı müddətdə 250-dən çox Azərbaycan vətəndaşının minalardan həlak olması və ya xəsarət almasının məsuliyyəti tamamilə Ermənistanın üzərinə düşür. Ermənistan kobud şəkildə beynəlxalq konvensiyaların tələbini pozmaqla bərabər, beynəlxalq hüquqa da hörmətsiz yanaşmasını və insan həyatına heç bir dəyər vermədiyini bir daha nümayiş etdirir.

Məğlub tərəf olaraq Ermənistanın dəfələrlə Kəlbəcər və Laçın, eyni zamanda Tovuz istiqamətində atəşkəsi pozması Ermənistanın hərbi rəhbərliyinin revanş niyyətindən xəbər verir. Bu isə bölgədə sülhün əldə olunmasına ciddi maneələr yaradır.

Hadisələrin bu istiqamətdə inkişafı ondan xəbər verir ki, Ermənistan növbəti dəfə toqquşma ocağı yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan-Ermənistan “münaqişəsinin” başa çatmadığına yönəltmək məqsədi daşıyır. Lakin bu təxribatlar əvvəllər olduğu kimi Ermənistana çox baha başa gələcək və işğalçı ölkə növbəti dəfə şəxsi heyət, texnika və ərazi itkiləri ilə qarşılaşacaq”.