Azərbaycana qarşı müharibə anonsu
Ermənistan kliniki ölümdən ayılır?
Təhməz ƏSƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
-
“Pulyuyan camaşırxana”çı ...
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
-
Vardanyanın son sözü
Bakının cavabı necə olacaq?
-
Xəyanətin miqyası artır
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
-
Bakı AHİM-ə şikayət etdi
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
-
Laçın-Xankəndi yolunda dinc aksiya yeddinci günündə davam edir
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
-
Düşmən bizi vahid görməlidir
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
-
Ekoloji aksiya siyasiləşir?
Yeni tələblər irəli sürüldü
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
Yolkəsənlərin başqa yolu yoxdur!
Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir
-
Düşmənlərimizi birləşdirən aksiya...
“Dahiyanə” öncəgörmələr bizdə xof hissi yaratmağa hesablanıb
-
Azərbaycan şantajlardan qorxmamalıdır
Qırmızı xətti qoruyan iradəni görən dünya Bakıyla hesablaşmaq məcburiyyətində qalacaq
Ermənistan əzilib, büzülüb, süzüldü, amma üzülənə oxşamadı. Əslində üzülmək üçün üz də lazımdır. Ermənistanda üz nə qədər desən var, amma orada həya, abır axtarmağın özü belə qəbahət sayıla bilər.
Cənubi Qafqaz regionunda, məhz Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açılıb. Xeyr, bu, sülh müqaviləsi və münasibətlərin müsbət məcrada qurulması ilə bağlı siqnallardan ibarət hadisələrlə zəngin proseslər deyil. Əksinə, gedişat deməyə əsas verir ki, geosiyasi konfiqurasiya daha da mürəkkəbləşməkdədir...
Regionda geosiyasi konfiqurasiyanı gərginləşdirmək kimin planıdır?
Fransa prezidenti Emmanuel Makronun Praqa görüşündən sonra ölkəsinin telekanalına müsahibəsində anti-Azərbaycan bəyanatları, ermənipərəst mövqeyi ilə ifrata vardı. Onun Azərbaycanın 44 günlük müharibə ilə 30 illik işğala, ədalətsizliyə son qoymasını “Azərbaycanın Qarabağdakı mübahisəli əraziyə təcavüzü” şəklində təqdim etməsi, əslində kimin regiondakı geosiaysi vəziyyətin gərginləşməkdə maraqlı olduğunu açıq nümayiş etdirir.
Görünən odur ki, o, Avropa İttifaqının hazırkı sədri olan Fransanın prezidenti Praqada ali qurumun növbəti sammiti üçün dəvət olunan Ermənistan və Azərbaycan dövlət başçılarının görüşünün təşkili və orada Şarl Mişeldən başqa özünün də iştirakını istəməsində artıq müəyyən məqsədlər var idi. Belə ki, Paşinyan dördtərəfli görüşdə iştirak üçün Bakının da razılığını almaqla istədi ki, Brüssel gündəliyi və Ermənistan-Azərbaycan münasibətlərinin hansı mərhələdə olduğunu bir də özü əyani olaraq gözləri ilə görsün, yaxından izləsin və daha geniş məlumat bazasına sahib olsun ki, necə, hansı addımları atmaqla sülhə mane ola biləcəyini öyrənsin.
Onun Praqa görüşündə iştirak məqsədi Bakı ilə İrəvan arasındakı münasibətləri gərginləşdirməyə hesablandığı hər ötən gün daha çox aydın olur. Bu ilin sonuna qədər sülh müqavilənin imzalanması üçün Avropa ittifaqı prezidenti Şarl Mişelin də maraqlı olduğuna əmin olan Makron bu prosesə mane olmaq üçün və Praqa razılaşmalarını “ləğv etmək” məqsədilə dərhal iş başına keçdi.
Ölkəsinin aparıcı telekanallarından birində geniş müsahibə verən Makron bu müddət ərzində Praqada sərgilədiyi mövqenin əksinə olan çox ziddiyyətli, Azərbaycan-Ermənistan arasında gərginliyə hesablanmış, xalqları barışmağa mane olmasına düşünülmüş təxribatçı bəyanatları bir-birinin ardına düzdü.
Belə görünür ki, yaxın iki ay ərzində - ilin sonuna qədər (müqavilənin imzalanmasının təxmini müddəti) mümkün sülh sazişinin imzalanmasını şübhə altına almaq məqsədilə Fransanın istəyi ilə bölgədə ard-arda təxribatların sayı daha artacaq.
Paris danışıqlar prosesində İrəvanın mövqeyini daha da gücləndirmək üçün Ermənistanı dəstəkləməkdə son dərəcə radikal mövqe tutmağa qərar verdi. Nəzərə alsaq ki, biz hələ İkinci Qarabağ Müharibəsinin gedişində və 10 noyabr üçtərəfli bəyanatı ilə postkonflikt mərhələsinin başladığı müddətdən Fransa prezidentinin ermənipərəst, itici mövqeyini açıq şəkildə sezsək də, o vaxt rəsmi Paris bu məsələni hazırkı qədər gərgin duruma gətirməkdə bir o qədər maraqlı görünmədi. Lakin belə görünür ki, regionda siyasi situasiya daha həssas dönəmə daxil olduğu üçün və geosiyasi proseslər Fransanın əl-qolunu açıb regionda daha rahat manevr etməsinə əlavə imkanlar yaradır.
Praqada Azərbaycan ərazilərini də əhatə etməklə Avropa İttifaqının “sərhəd missiyası”nın fəaliyyətə başlaması ilə bağlı təklifini rəsmi Bakının rədd edəcəyini gözləməyən Makronun planını Azərbaycan Prezidentinin pozduğundan çox narahatdır. Vətən müharibəsindən sonra Minsk Qrupunun fəaliyyətinin Azərbaycan tərəfindən qəbul edilmədiyini görən Fransa başqa adda yenidən Ermənistan-Azərbaycan sərhəddində monitorinq qrupunun fəaliyyət göstərməsinə nail olmaqla, Xankəndi və Qarabağın digər dağlıq ərazilərindəki qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılmasından tutmuş, Zəngəzur dəhlizinin açılması məsələsinə kimi rəsmi İrəvanın hüquqi öhdəliklərini yerinə yetirməməsi naminə yenidən gələni etmək üçün fəaliyyətini gücləndirməyi düşünsə də, Bakı Parisin bu istəyinə veto qoydu.
Lakin son proseslər deməyə əsas yaradır ki, Avropa İttifaqının “sərhəd missiyası”nın təktərəfli formada Ermənistanda işə başlaması da heç bir yaxşı hadisə vəd etmir.
Çünki Ermənistana gələn Aİ missiyasının ardından Ermənistanın yenidən mövqelərimizi müxtəlif istiqamətlərdə atəşə tutması belə deməyə əsas verir. İstisna edilmir ki, Ermənistan tərəfi bu cür təxribatları törətməkdəbundan sonra da davam edəcək. O zaman belə aydın olur ki, Fransanın təşəbbüsü ilə yaradılan müşahidəçi qrupu sadəcə erməni təxribatlarına qarşı Azərbaycanın adekvat addımlarını aidiyyəti qurumlara xəbər verərək, “Qoymayın, Azərbaycan Ermənistana hücum etdi” təşəbbüslü kompaniyaya start verərək Bakıya qarşı təzyiqləri artırmaq məqsədilə fəaliyyətə başlayıb. Makronun son bəyanatları da Qrupun Azərbaycan üçün yaxşı heç nə vəd etmədiyini deməyə əsas yaradır.
Çünki Ermənistana gələn Aİ missiyası Ermənistanın müəyyən təxribatlara getməsinə imkan verən iri aşsüzən dəliyinə bənzəyir. AB və Fransanın dəstəyini arxasına alan Ermənistan isə bu imkandan özünün əsas havadarı olması uğrunda Rusiyanı regiondan, Ermənistanı isə onun orbitindən sıxışdırıb çıxarmaq üçün həmrəy olduğu Parisin yaratdığı bu imkanı artıq indidən təxribat hazırlıqları ilə dəyərləndirməyə çalışır. Makronun bəyanatlarını eyni zamanda Azərbaycana qarşı yeni müharibə anonsu kimi də şərh etmək yerinə düşər. Bir az da bədiiləşdirsək, Makron Praqa görüşündən sonrakı fəaliyyəti ilə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra kliniki ölüm keçirən Ermənistanı ayıltmaq istəsə də, bir xalqı əbədi məhvə aparır.
Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi Ordumuz tərəfindən müşahidə edilməsi deməyə əsas verir ki, İrəvan artıq Parisdən total təxribatın sifarişini alıb. İstisna edilmir ki, Ermənistan tərəfi bu hazırlığı və yerdəyişməni daha da intensivləşdirə bilər və biz qarşıdakı günlərdə bunun təzahürünü sərhədlərimiz daxilində hiss edə bilərik.
İstənilən halda Azərbaycanı məqsədindən heç bir dövlət, heç bir siyasi dairə, ordu, terror qrupu döndərə bilməyəcək. İlham Əliyev Makronun sərsəm bəyanatlarına arxalanıb, ritorikalarında revanş meylləri hiss edilən Ermənistana elə baş nazirləri Nikol Paşinyanın iştirak etdiyi sammitdə tutarklı cavabı ilə yadda qaldı: “Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq”.
Ölkə başçısı başda Makron olmaqla, Ermənistana özünü canı yanan kimi göstərən digər havadarlarına və dövlətlərə mesaj verdi ki, Ermənistanı Azərbaycanın tələblərini yerinə yetirməkdən heç nə və heç kəs xilas edə bilməyəcək.
Xüsusən də Rusiya-Ukrayna münaqişəsinin yeddi aylıq yekunlarından sonra yaranmış hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, Moskvanı bu vəziyyətdə daha böyük ölçüdə Bakı-Ankara tandeminin yanında görmək mümkün olacaq. Bu da o deməkdir ki, Ermənistanı əgər 44 günlük müharibədə Azərbaycanın cəngindən Rusiya aldısa, bu dəfə onu heç kim xilas edə bilməyəcək.
Ermənistana nə Fransa, nə ABŞ, nə də hər hansı bir beynəlxalq təşkilat Azərbaycana qarşı sanksiyalardan başqa heç bir şəkildə kömək edə bilməyəcək. Yəni burada hərbi dəstəkdən yox, mənəvi və iqtisadi dəstəkdən söhbət gedir. Hərbi nöqteyi-nəzərdən Ermənistana yalnız İran kömək edə bilər ki, bu da İslam Respublikasının maraqlarının Fransa, Aİ və hətta ABŞ-ın maraqları ilə üst-üstə düşməsi demək olacaq.
Bu günün acı reallığı ondan ibarətdir ki, Ermənistan və Azərbaycan tərəfinin bütün təşəbbüslərinə, ilin sonuna kimi iki ölkə arasında davamlı sülh məsələnin tez həlli ilə bağlı bütün təkliflərinə baxmayaraq, Makronun “özfəaliyyəti” sayəsində Bakı ilə İrəvan arasında növbəti hərbi toqquşma qaçılmaz olacaq.
Çünki Bakının qərarı qətidir - Parisin təsdiq etmədiyi, mane olmağa çalışdığı sənədlər rəsmi İrəvan tərəfindən ilin sonuna kimi imzalanmalıdır. Bunun əksi sülhdən boyun qaçırmaq, regionda yeni münaqişə vəziyyəti yaratmaq və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməmək anlamına gələcək. Belə olan təqdirdə isə İlham Əliyevin də dediyi kimi, Azərbaycanın adekvat tədbir görməkdən başqa seçimi qalmayacaq. (Milli.az)