vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
00:36 | 1 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1072 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Soçidə kim uduzdu, kim uddu?

Paşinyanı kim ovudacaq, ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Soçi Bəyənnaməsi Rusiyanın hazırkı “status-kvo”nu saxlamaq üçün cəhdidir. Son günlər Xankəndi aksiyası və Paşinyanın bu gün Putinlə görüşündə kağızdan oxuduğu tezislər onu göstərirdi ki, Moskva Brüssel danışıqları ilə son aylarda önə çıxmış “ilkin şərtlər olmadan sülh sazişi” tezisindən ciddi narahat olub.

Odur ki, Bakıya təzyiq etmək, sülh sazişini arxa plana atıb Qarabağı yenidən vitirinə çıxarmaq cəhdi var idi. 

İlham Əliyevin “Qarabağ məsələsi həll olunub” bəyanatı Soçi müzakirələrində Bakının əsas mesajı oldu. Bununla da Azərbaycan “yeni xanə”yə ehtiyac olmadığını, Brüssel prosesindən başlanan sülh prosesinin davam etdirilməsini tələb etdi. Putinin çıxışında “Birgə bəyanatda mütəxəssislərin əvvəlcədən hazırladıqları bir sıra məsələləri çıxarmalı olduq” sözləri buna işarə sayıla bilər. 

Qarabağ adının çəkilməməsi bunu göstərir. 

Bəyannamə bütövlükdə Moskvanın Azərbaycan və Ermənistan üzərində təsirini saxlamaq və problemin həllinə kənar gücləri buraxmamaq üçün də bir mesajıdır. Orada  1991-ci ilin Alma-Ata Bəyannaməsinə istinad isə Rusiyanın sərhəd delimitasiyası üçün SSRİ xəritələrinə istinadın marağında olduğunu göstərir. 

Bəyannamənin arzu etdiyi sülh sazişinin isə necə əldə olunacağını zaman göstərər.