vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
07:26 | 1 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1085 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qapı arasındakı quyruq

“Soçi marafonu”na güclü hazırlaşan ikiliyə İlham Əliyev xal vermədi

Rəşid HACILI

MÖVZU İLƏ ƏLAQƏLİ

Soçiyə Putin də, Paşinyan da bərk hazırlaşmışdılar. Hər ikisi xeyli artilleriya hazırlığı yapmışdılar. Ay sülhməramlıların mandatı, ay Rusiyanın təklifləri, ay Qarabağ erməniləri-filan. Nəsə qoparacaqlarını düşünürdülər.

Nikol Paşinyan Putinə deyirdi ki, Rusiyaya canım qurban, onun təklifləri Ermənistan üçün çim yağdır, tam qəbuldur. Yalvarırdı ki, israr etsin, İlham Əliyevi yola gətirsin. 

Nikol Paşinyan 2 məqsəd güdürdü. Putin İlham Əliyevi məcbur edər, əla! Hərgah edə bilməsə, onda biabır olar, ermənilər görər ki, artıq Putinin dişi hər pendiri kəsə bilmir.

Putin-Paşinyan çütlüyünün birgə oyunu nəticə vermədi. İlham Əliyev gəldi dedi ki: 

Qarabağ gorbagor olub. Başqa söhbət eləyin. 

Sülhməramlıların 2025-ədək mandatları var, sonra baxarıq. 

Bizim öz sülh təklifimiz var. Bizə heç bir kənar sülh təklifi-filan gərək deyil. Nə Moskva, nə Vaşinqton.

Rus Sülhməramlılarınn ölkə içində varlığı Azərbaycan üçün aşılması gərəkən ən çətin problemlərdən biridir. Azərbaycan onların mandatına 2025-də son vermək istərdi və bu Putini çox narahat edən məqamlardan biridir.

Putinin dərdi mümkün sülh müqaviləsini pozmaq, Azərbaycan daxilində, Qarabağda mövcudluğunu mümkün qədər uzatmaqdır. Burası bəllidir. Sülhü pozmaq imkanları da yetərincədir. Bu işdə Rusiya ilə maraqları üst-üstə düşənlər daha kimlərdir?

1. Güclü Erməni diasporu.

Ermənilərin Qarabağ iştahası. Diaspor hələ də Qarabağda silahlı separatizmi dəstəkləyir, silahlı qüvvələr saxlayır, Separatçı quruluşları maliyyələşdirirlər. 

2. İran və bəzi Qərb ölkələri.

Yeri gəlmişkən Nikol Paşinyan İrana gedir. İbrahim Rəisidən Azərbaycana qarşı addımlar və “Şahid” dronları istəməyə.

Nikol Paşinyan quyruğu qapı arasında qalmayanadək heç bir sülhə gedənə bənzəmir. Ona dəstək verən ölkələrin də məqsədi məhz çətin hallarda onun quyruğunu qapı arasından dartıb çıxarmaqdır.