vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
00:23 | 6 noyabr 2022 | Bazar Məqaləyə 788 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Arsax” atın kor nalbəndi

Rusiya Qarabağda silahlı təxribat hazırlayır

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Rusiyanın Gümrüdəki hərbi bazasından Qarabağa “humanitar yardım” adı altında silah-sursat daşınması faktını aşkarlayıb, hərçənd, rusların hədəfləri fonunda o qədər də təəccüblü deyil.

Mümkün sülh sazişi ilə Qarabağın Azərbaycanın daxili məsələsi olduğu reallığı rəsmi sənədlə təsbit olunacaq. Ki, bundan sonra Bakının separatçıların olduğu bölgəyə nəzarət istiqamətində aktiv hərəkətə keçəcəyi gözlənilir və belə bir situasiya rus sülhməramlılarının bölgədə qalma müddətinin uzadılmasını da sual altına salır. Paşinyan Soçidə Putinin də istəyinə uyğun olaraq, sülhməramlılar məsələsini müzakirəyə çıxardı, lakin Əliyevin mövqeyinə təsir edə bilmədikləri və diplomatik masada bunun mümkün olmayacağını anladıqları bəllidir.

“Sülhməramlı istəyi”nə nail olmaq üçün Rusiyaya “ehtiyac”ı artırmaq lazımdır. Moskva bununla bağlı iki gediş etdi:

– Soçi görüşündən bir gün öncə Xankəndindəki mitinq təxribatı ilə “ermənilər Azərbaycan vətəndaşlığını istəmir” əsasını yaratdı. Məqsəd Soçidə Əliyevin mövqeyinə təsir etmək idi, lakin nəticə olmadı və ruslar “məsələni sonraya saxladılar”;

– Separatçıların silahlandırılması ikinci gedişdir: ermənilərin “müqavimətini” artırmaq və sülhməramlılara ehtiyacın olduğu əsasını gücləndirmək məqsədilə silahlı təxribatlara hazırlıq gedir;

Silahlandırma eyni zamanda, separatçıların Azərbaycanın mümkün anti-terror əməliyyatlarına qarşı dayana bilməsinə də hesablanıb.

Və bu silahın daşınması faktı göstərir ki, Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalansa belə, Qarabağda “etnik münaqişə” kartını işə salacaqlar: bu, Rusiyaya bölgədə qalma müddətini uzatmaq, Ermənistan və Qərbdə İrəvanla eyni mövqedən çıxış edənlər üçün qondarma “arsaxı” saxlamaq lazımdır və bu nöqtədə Bakı ilə Ankaradan savayı bütün tərəflərin mövqeyi böyük ölçüdə uzlaşır;

Hərçənd, mövcud vəziyyətdə Bakının həm hərbi, həm də siyasi baxımdan proseslərə müdaxilə etmək imkanları tükənməyib. Və silahın daşınması faktının aşkarlanması da Bakıya “Laçın dəhlizinə” nəzarət məsələsini aktuallaşdırmaq imkanı verir.