vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
09:03 | 10 noyabr 2022 | Cümə axşamı Məqaləyə 538 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vaşinqtonda irəliləyiş ehtimalı

Bakı arxayınlaşmayacaq

ELNUR

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan və Ermənistan XİN-lərinin sonuncu Vaşinqton görüşündə ciddi irəliləyişin olduğunu iddia etmək olar. Hər iki tərəfin və vasitəçi tərəf olan ABŞ-nin verdiyi bəyanatlar belə qənaətə gəlməyə əsas verir. Azərbaycan və Ermənistan tərəfinin yaydıqları bəyanat mətnləri “copy-paste” mətnləridir. Hər iki nazirliyin yaydığı mətn nöqtə və vergülünə qədər eynidir (maraqlananlar müqayisə edə bilərlər). ABŞ tərəfi isə tərəfləri heç nəyə zorlamadıqları, hər iki tərəfin öz iradələriylə anlaşmasının vacibliyini vurğulayıb.

Bu, son 2-3 ildə aparılan danışıqların praktikasında rast gəlinən ilk hadisədir. Əvvəllər tərəflərin görüşənə dair ictimaiyyətə məlumat veriləndə erməni tərəfi “Qarabağ ermənilərinə təhlükəsizlik təminat”larından və s. danışırdı. Ermənistanın dediklərini isə ABŞ təkrarlayırdı. Budəfəki bəyanatda ABŞ-nin neytral mövqe tutduğu (bəlkə də görüntüdür) açıq sezilir. Ermənistan tərəfi isə nə statusdan danışıb, nə də təhlükəsizlik qarantiyasını dilinə gətirib. 

Ermənistan razılaşmalara əməl etməmək xəstəliyindən qurtulsa, Vaşinqtonda başlayan prosesin sülh müqaviləsinin imzalanmasıyla yekunlaşma ehtimalı yüksəkdir. Amma bu Azərbaycanı aldatmayacaq, yaxud arxayınlaşdırmayacaq.

Ermənistan XİN Mirzoyan Vaşinqtonda olarkən ATƏT Minsk Qrupunun ABŞ-dan olan həmsədriylə də görüşüb. Belə çıxır ki, Ermənistan sülh müqaviləsini imzalamaqla Qarabağ məsələsini də eyni zamanda bağlamaq fikrində deyil. Qarabağa Azərbaycanın tərkibində status əldə etmək uğrunda mübarizəsini davam etdirmək niyyətindədir. Azərbaycanın Ermənistanın sülh müqaviləsindən sonrakı dövrdə aqressiv davranışlarını cilovlamaq strategiyası olacaq.