Rusiyanın çöküşü sürətlənir
Qarabağda sülhməramlıların gələcəyi məlum oldu
Təhməz ƏSƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
Ağlar qaralara qarşı...
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
-
Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
-
“Pulyuyan camaşırxana”çı ...
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
-
Vardanyanın son sözü
Bakının cavabı necə olacaq?
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Xəyanətin miqyası artır
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
-
Bakı AHİM-ə şikayət etdi
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
-
Laçın-Xankəndi yolunda dinc aksiya yeddinci günündə davam edir
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
-
Düşmən bizi vahid görməlidir
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
-
Ekoloji aksiya siyasiləşir?
Yeni tələblər irəli sürüldü
-
Yolkəsənlərin başqa yolu yoxdur!
Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir
-
Düşmənlərimizi birləşdirən aksiya...
“Dahiyanə” öncəgörmələr bizdə xof hissi yaratmağa hesablanıb
-
Azərbaycan şantajlardan qorxmamalıdır
Qırmızı xətti qoruyan iradəni görən dünya Bakıyla hesablaşmaq məcburiyyətində qalacaq
-
Türk dünyasının həmrəyliyi üçün ən gözəl model
Qardaş ölkədəki QHT-lərdən Laçın dəhlizi aksiyaçılarına dəstək
“Rusiya yaxın zamanda Xersonu itirəcək, günahkar Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin olacaq. Bu, Rusiya cəmiyyətində ağrılı situasiyaya gətirib çıxaracaq”, - bunu hələ iki həftə əvvəl Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov demişdi.
Qaldı ikincinin ağır nəticələrini görmək...
Ponomaryovun bu çıxışından çox keçmədi ki, Rusiya Federasiyasının Müdafiə Naziri Sergey Şoyqu Rusiya qoşunlarına Xersonu tərk etmək barədə əmr verdiyini elan etdi. Bəli, Rusiya Xersonu təhvil verir. O Xerson ki, guya referendum keçirib Rusiyaya birləşdirmişdilər. Onu da nəzərə alaq ki, Xerson bu müharibədə Rusiyanın işğal etdiyi yeganə vilayət mərkəzi idi.
Zelenskinin “Heç kəs xoşluqla harasa getmir. Düşmən bizə “xoş məram” nümayiş etdirmir” sözündə də böyük həqiqət var. Məntiqlə Rusiya uzun müddət ələ keçirmək üçün minlərlə hərbçisini qurban verdiyi, 10 dəfə ondan çox silah-sursatını, ağır texnikasını itirdiyi Xerson uğrundakı döyüşlərdən sonra niyə həmin ərazini Ukrayna ordusuna qoyub çıxsın ki? Demək ki, Rusiya üçün gerisayım başladı.
Nəzərə alsaq ki, Rusiya müharibənin ilk günlərindən Xersonu dünyadan təcrid etməyə çalışırdı, Rusiya hərbçiləri bütün mövcud səhiyyə sistemini sıradan çıxararaq Xerson vilayətini təcrid zonasına çevirməyə can atırdı, bu ərazini sivilizasiyasız, elementar əşyaların olmadığı bir zonaya çevirməyi qarşısına məqsəd qoymuşdu, demək ki, burada hər hansı bir öz xoşluğu ilə geriçəkilmədən söhbət gedə bilməz.
Son günlər Rusiya ordusunun hər gün 500-1000 əsgər itirməsi onun getdikcə daha da kapitulyasiyasına yaxınlaşdırır. Belə görünür ki, Rusiya Dneprin sağ sahilindən - Xerson vilayətinin şimal-qərbindən “taktiki geriçəkilmə” edir. Əslində, Rusiya ordusunun sağ sahildə çox davam gətirməyəcəyi öncədən də aydın idi. İlhaq qərarının tamamilə irrasional, gərəksiz, məntiqsiz olduğunu, Rusiya üçün çox ciddi reputasiya riskləri yaradacağı həmin qərar elan olunarkən görünürdü.
Rüsvayedici məqam ondan ibarətdir ki, cəmi 1 ay 10 gün əvvəl təntənəli şəkildə, rəsmən Rusiya Federasiyası torpağı elan etdikləri ərazilərdən, o cümlədən Xerson kimi böyük şəhərdən geri çəkilmək zorunda qalıblar.
Rusiyanın gerçək çöküşünün baş verəcəyi gözlənilən iki hadisə də oldu:
Krım körpüsü vuruldu
Xerson işğaldan azad edildi
Ukrayna Silahlı Qüvvələri növbəti dəfə təəccübləndirməyi bacardı. Belə ki, hamı Xerson istiqamətində nəticə gözlədiyi halda Krım körpüsü dağıdıldı.
Nəzərə alsaq ki, bu Kreml üçün bir körpüdən artıq idi, Putinin qürur mənbəyi hesab edilirdi və onun partladılması məhz Rusiya liderinin 70 illik yubileyində gerçəkləşdirildi, demək ki, Rusiyanın məğlubiyyəti elə o tarixdən daha aktiv fazaya qədəm qoymuşdu.
Peskovun bu partlayış sonrası “Krem daxilində heç bir qarşıdurma yoxdur” açıqlaması da qeyri-səmimi və acizliyin bir etirafı idi. Krım körpüsünün partladılması ilə Kremlə elə bir yanğın düşdü ki, tüstüsü bütün Rusiyanı bürüyüb.
Ardınca isə artıq “dünyanın 2-ci ordusu”nun Dnepr çayının sağ sahilini (Xerson şəhərini) bütünlüklə ciddi döyüşə girmədən tərk etməsi Rusiyanı affekt vəziyyətinə saldı. Müdafiə naziri Şoyqunun həmin “qorxunc” komandan adlandırdıqları general Surovikinin təklifi ilə Xersonu tərk etmək əmri verməsi Kreml üçün çox böyük faciələrin də başlanğıcı olmaqla yanaşı, Rusiyanın imperiya siyasətinə və bütövlükdə beynəlxalq avtoritarizmə çox böyük zərbə olacaq.
Ehtimallar yüksəkdir ki, Xerson azad edildikdən sonra Rusiyada etirazlar başlaya bilər və Putinin devrilməsi üçün Kreml divarlarında iri çatlara şahid ola bilərik. Proseslər açıq-aydın göstərdi ki, Rusiyanın Xersonu əlində saxlamaq üçün hərbi-texniki imkanları yetərli olmadı. Mobilizasiya Rusiya ordusunun problemlərini həll etmədi. Hətta İran dronlarının sürü ilə hücumu da Kremlin gözlədiyi effekti vermədi, onların əksəriyyəti havada zərərsizləşdirildi. Elektrostansiyaların partladılması da Ukrayna ordusunu dayandırmaq üçün kifayət etmədi.
Belə görünür ki, Kreml artıq Xersonu xilas etmək yox, Xersonda məğlubiyyətin təsirini azaltmaq üçün yollar arayır. Çox güman ki, general Surovikinin və yerli administrasiyanın çıxışları ictimai rəyin bu məğlubiyyətə hazırlanmasına hesablanıb. Yəni deməyə çalışırlar ki, burada nə var ki, Xersonu Ukrayna azad etmir, özümüz oradan çıxırıq. Amma istənilən halda bu, daxildəki iri çatların, hakimiyyətə inamın ölməsinin qarşısını almaq üçün çıxış yolu olmayacaq.
Böyük ehtimal ki, Putin və komandası nə qədər çalışsa da, Xersonda düçar olduğu məğlubiyyətin ölümcül nəticələrinin qarşısını ala bilməyəcək. Ukraynadakı bu uğursuzluğun isə Qarabağdakı proseslərə də təsir edəcəyi, rus sülhməramlıların bölgəni də tərk edəcəkləri məsələsini tezləşdirə bilər.
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışı zamanı səsləndirdiyi “Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər” fikirlər də bu deyilənlərin uzaqda olmadığını düşünməyə əsas verir.
Azərbaycan prezidenti burada həm Ermənistana, həm də Rusiyaya önəmli mesajlar verir:
Qarabağın dağlıq hissəsində Rusiyanın hegemonluğuna icazə verməyəcəyik, ora bizim torpağımızdır. Unutmasınlar ki, bu əraziyə hansı şərtlə və nə üçün gəliblər.
Ermənistan sülhməramlılara çox da bel bağlayıb ərazi iddialarına, revanş istəyinə düşərsə, onlara daha böyük dərsi verəcəyik.
Bununla da Əliyev Soçi görüşündə olduğu kimi Qarabağda sülhməramlılarla bağlı qəti mövqeyini növbəti dəfə nümayiş etdirdi və Azərbaycan ərazisində yalnız Azərbaycanın ağalıq edəcəyini, başqa bir ölkənin hər hansı bir ordusunun Bakının icazəsi olmadan burada qalmasının mümkünsüz olduğunu bəyan etdi. Bu isə o deməkdir ki, Rusiya Şərqi Avropada olduğu kimi Cənubi Qafqazda da nüfuzunu, əvvəlki avtoritetini qoruyub saxlaya bilməyəcək.