vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SAĞLAMLIQ  
20:34 | 31 mart 2014 | Bazar ertəsi Məqaləyə 2217 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ziyanlı vərdişlər

Energetik içkilər, şirələr, qəhvə sevənlərin diqqətinə...

Dişlərə ziyan verən vərdişlər:

Şirin saqqız - Bütün şəkərli qidalar, xüsusilə də daha uzun müddət çeynəndiyi üçün şirin saqqızlar dişlərin çürüməsinə səbəb olur.

Butulka qapağı açmaq - Dişlərinizlə şüşə qabların qapaqlarını açmayın. Bu yanlış vərdiş dişlərinizdə çatlar yarada bilər.

Energetik içkilər və meyvə suları - Energetik içkilər və meyvə sularının tərkibindəki şəkər və xeyli miqdarda vitamin diş minasına ziyandır. Buna görə də sıxılmış təzə meyvə suyu içmək daha məqsədəuyğundur.

Qələm çeynəmək - İş stressindən, ya da gərginlikdən qələmin başlarını çeynəmək dişlərə ciddi zərər verir.

Qəhvə və siqaret - Qəhvə içmək və siqaret çəkmək tədricən dişlərin rəngini dəyişməsinə və saralmasına səbəb olur. Siqaret kimi digər tütün məmulatları da dişlərinizdə ləkələnmə və diş əti xəstəliklərinin yaranmasına gətirib çıxarır. Tütündən istifadə, eyni zamanda, ağız xərçənginə yol aça bilər.

Tum çırtlamaq - Tum çırtlayarkən tumların qabıqları dişarası boşluqlara girərək diş və diş ətinə ziyan verə bilər.

Dişləri qıcamaq - Dişləri qıcamaq zamanla dişlərə ziyan verəcək ağrılara səbəb olur.