Kriptovalyuta birjası iflas oldu
“CoinDesk” portalı böyük bir şəbəkəni çokdürdü
MÖVZU İLƏ ƏLAQƏLİ
Böyük kriptovalyuta birjası olan FTX likvidlik böhranı ilə üzləşdiyindən ABŞ-da iflas olduğunu elan edib. Bu barədə şirkət “Twiter” səhifəsində məlumat yayıb.
Məlumatda deyilir ki, FTX-nin təsisçisi və baş direktoru Sem Benkmen-Frid baş direktor vəzifəsini tərk edir və onun yerini müvəqqəti olaraq Con Cey Rey tutacaq.
Sem Benkmen-Frid kriptosənayenin nüfuzlu adamlarından biri, Vaşinqtonda kriptovalyutalar üçün qaydaların formalaşması üçün lobbiçilik edən güclü fiqur hesab olunur. Onun sərvəti son bir həftədə 1 milyard dollardan da aşağı səviyyəyə düşüb.
FTX-nin problemləri noyabrın əvvəlində, “CoinDesk” portalının araşdırmasında birjanın ödəniş qabiliyyətli olmadığını elan etməsindən sonra başlayıb. Bunun ardınca vəsaitlərini itirməkdən qorxan investorların reaksiyası özünü çox gözlətməyib – token sahibləri kütləvi şəkildə pullarını birjadan çıxarmağa başlayıblar.
Ümumilikdə, FTX 8 milyard dollar borc alıb və rəhbərlik likvidliyi qorumaq üçün vəsait tapa bilməyib. Bu hadisə 2022-ci ildə sənayedə ən böyük iflas olub. (Report.az)