Kriptovalyutalarda ucuzlaşma
“Goldman Sachs”ın təxirəsalması “Bitcoin” və “Ethereum”u çox pis vurdu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nəhsin zirvəsi
“Bitcoin” yüksəlişdə
-
“Bitcoin” ilin ən aşağı səviyyəsində
Kriptovalyutaların qiymətində ciddi ucuzlaşma var
-
Dünyanın ən populyar virtual pul vahidi olan “Bitcoin” son ki gündə təxminən 15 faiz dəyərdən düşüb. Virtual pul vahidi “Bitcoin”in dəyəri bu gün 6 min 273 dollara qədər düşüb. Günlük ucuzlaşma 6,2 faizə çatıb.
Dünən də 9,1 faiz ucuzlaşmış “Bitcoin”, son iki gün ərzində 14,8 faiz dəyərdən düşüb.
Bundan başqa, populyar virtual pul vahidlərindən olan “Ethereum”un dəyəri də dünən 20 faiz azalmanın ardından, bu gün 7,2 faiz azalma ilə 211 dollara qədər geriləyib.
Amerikanın investisiya təşkilatı “Goldman Sachs” kriptovalyuta əməliyyatları ilə bağlı yeni bir departament yaratmaq planını təxirə saldığını və virtual pulların tənzimlənməsi sahələrində qeyri-müəyyənlik gördüyünü bildirilmişdir.
Sözügedən açıqlama səhmdarlar tərəfindən, “Bitcoin” və “Ethereum” kimi kriptovalyutalarda əməliyyat həcmi və istifadəçi sayında orta müddətdə azalma baş verə biləcəyi şəklində şərh olunur.
“Bitcoin”, 2017-ci ildə "qızıl ilini" yaşayaraq dəyəri 1300 faizdən çox artmış və 17 dekabrda 19 min 892 dollara qədər yüksələrək bütün zamanların ən yüksək səviyyəsinə çatmışdı.
Həmin tarixdən bu günə qədər 68,5 faiz dəyərdən düşmüş “Bitcoin”, ilin əvvəlindən bu yana isə 54,7 faiz ucuzlaşıb.