
“Bitcoin” bahalaşdı
Kripto bazarı son günlər itirdiklərini qaytarır
Kripto bazarı son günlər itirdiklərini qaytarır
Satış təzyiqi artır, bütün diqqət ABŞ göstəricilərində
Qısa müddətli korelasiya neqativə döndü
“Wall Street” nəhəngindən qızıl dəstəklı “Bitcoin” fondu təklifi
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
“Robinhood”un “S&P 500”-ə seçilməsi ilə indeksdə kripto bağlantılı şirkətlərin sayı artdı
“Bitcoin” fondlarına maraq davam edir
Qızıl rekord təzələdi
Kriptovalyuta bazarında həftənin xülasəsi
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Kripto bazarları FED qərarı öncəsi aya narahat başladı
Rəqəmsal valyutada həftəlik icmal
Əsas dəstək zonası müdafiə oluna biləcəkmi?
BTC təzyiq altında, ETH və SOL sərmayəçilərin radarında
ABŞ xarici kripto birjalarına tənzimləyici aydınlıq gətirdi
“Bitcoin”, ABŞ Prezidenti Trampın bazar günü “strateji kriptovalyuta ehtiyatı” haqqında açıqlamasından sonra, planla bağlı narahatlıqlar səbəbilə təxminən 10 faiz ucuzlaşaraq 85.000 dollardan aşağı düşüb.
Bakı vaxtı ilə saat 10:18-ə olan məlumata görə Bitcoin 84.146 dollardan alınıb və onun həftəlik dəyər itkisi sözügedən enişlə 9 faizə yüksəlib.
“Coinmarketcap” analiz firmasının məlumatına görə, “Bitcoin” də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 10 faizdən çox azalaraq 2,78 trilyon dollara düşüb.
“Bitcoin” keçən ay 17 faizdən çox ucuzlaşmışdı ki, bu, 2022-ci ilin iyun ayından bəri ən böyük aylıq azalmadır.
Trampın strateji “Bitcoin” fondunu dəstəkləyəcəyi və keçmiş prezident Co Baydenin repressiyalarına son qoyacağına dair nikbinlik 2024-cü ilin noyabrından bəri “Bitcoin”in yüksəlişini dəstəkləyirdi.
Bazar dəyərinə görə ikinci yerdə olan “Ethereum”un qiyməti təxminən 14 faiz azalaraq 2102 dollar olub.
ABŞ prezidenti Donald Tramp bazar günü “Bitcoin” və “Ethereum”un daxil olacağı strateji kriptovalyuta sənayesini gücləndirəcəyini bildirib.
Trump, “Truth Sosial” platformasındakı bir paylaşımında ABŞ-ın kriptovalyuta ehtiyatının keçmiş prezident Co Bayden administrasiyasının illərdir korrupsiya hücumlarından sonra zəifləyən kritik sektoru gücləndirəcəyini iddia edib.
Bu səbəbdən, rəqəmsal aktivlərlə bağlı prezidentin fərmanında Prezident İşçi Qrupuna XRP, SOL və ADA-nın daxil olduğu strateji kriptovalyuta ehtiyatı üzərində irəliləməyə göstəriş verildiyini qeyd edən Tramp, "ABŞ-ın dünyanın kripto paytaxtı olmasını təmin edəcəyəm. Biz Amerikanı yenidən böyük edəcəyik”, – deyib.
Təhlilçilər Trampın kriptovalyuta ehtiyatı planı ilə bağlı investorlar arasında nikbinliyin azaldığını və planla bağlı narahatlıqların davam etdiyini bildiriblər.
Bəzi analitiklər həmçinin Trampın açıqlamalarının narahatlıq doğurduğunu qeyd edib və ABŞ-ın ehtiyatda olan mümkün kriptovalyuta alışlarının maliyyələşdirilməsinin də hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilən kriptovalyutalardan gələ biləcəyini və bunun virtual valyutalar üçün çox müsbət olmadığını vurğulayıblar. Çünki bazara daxil olanlar yeni alışlar deyil, hesablar arasında köçürmələr etdiyi üçün bu qərarın qiymətlərə mənfi təsir etdiyini bildiriblər.