vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
12:44 | 14 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 605 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Vardanyan Xocalıya gedib

Sülhməramlıların özləri kimi müvəqqəti layihəsi ...

B.MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın erməni əsilli milyarderi Ruben Vardanyan Xankəndidəki separatçıların “dövlət naziri” vəzifəsinə təyin olunan kimi ailəsini də Xankəndiyə gətirib.

Və dünən Ruben Vardanyan həyat yoldaşı Veronika ilə kiçik oğlu Georgini Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocalı rayonunun kəndlərinə gəzintiyə çıxarıb.

Kremlin emissarı, nümayəndəsi, “layihə”si sayılan Ruben Vardanyan dünyada və bölgədə baş verən prosesləri nəzərə almadan Qarabağda tam şəkildə yerləşməyə çalışır. Sanki Kremldən tam şəkildə zəmanət alıb ki, ona heç kim toxunmayacaq və rus “sülhməramlı”larının himayəsi altında istədiklərini edəcək. 

Vardanyan başa düşmür ki, ona heç kim zəmanət verə bilməz. Çünki hətta “sülhməramlı”ların özləri də Qarabağda müvəqqətidir.