Vaxt şənbə günü bitir
Ərdoğan sazişin uzadılacağına inanır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan çərşənbə günü deyib ki, o, Ukraynanın Qara dəniz vasitəsilə taxıl ixracına icazə verən sazişin vaxtının şənbə günü bitməsindən sonra da qüvvədə qalacağına inanır.
Ərdoğan İndoneziyanın Bali şəhərində keçirilən G-20 sammitində jurnalistlərə açıqlamasında müqavilənin uzadılması ilə bağlı danışıqların davam etdiyini və sammitdən qayıdarkən Rusiya Prezidenti Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.
Birləşmiş Millətlər Təşkilatı və Türkiyə iyul ayında Ukrayna və Rusiya ilə Ukraynanın Qara dəniz limanlarından Türkiyədə yoxlamadan keçən gəmilərlə taxıl ixracına, Rusiyaya isə ərzaq və gübrə ixracına imkan verən razılaşmalar imzalayıb.
BMT-nin bildirdiyinə görə, sazişin imzalanmasından bəri 42 ölkəyə təxminən 11 milyon ton taxıl və ərzaq məhsulları ixrac edilib.
Rusiya çərşənbə axşamı Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla, 10 bölgəni hədəf alan hava hücumları həyata keçirib. Bu, müharibə dövründəki ən böyük uğurlarından biri, keçən həftə cənubdakı əsas Xerson şəhərini ələ keçirməsinə sevinən ukraynalılara Rusiyanın hərbi töhməti olub.
Ölkənin hər yerində hava hücumundan xəbərdarlıq səsləndirilib. Raketlər də daxil olmaqla, 100-ə yaxın zərbə Rusiyanın Xersondan geri çəkilməsindən və Moskva qüvvələrinin təxminən doqquz aylıq müharibənin əvvəlində ələ keçirdiyi regional paytaxtı işğaldan azad olunmasından sonra Ukraynada bir neçə gün davam edən coşqunun ardınca gəlib.
İndoneziyanın Bali adasında 20 ən böyük sənaye ölkələri liderlərinin toplantısında Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan Rusiyanın hava hücumlarını pisləyib.
“Dünya liderlərinin Balidə G-20 toplantısında dünya boyu insanların həyatı və dolanışığı üçün mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə etdiyi bir vaxt Rusiya yenidən həmin insanların həyatını təhdid edir və Ukraynanın kritik infrastrukturunu məhv edir”, – deyə Sullivan bəyanatında bildirib.