
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Qərb ölkələrinin xəbərdarlıqlarına baxmayaraq, Ukrayna Rusiyanın Qara dənizdəki neft məhsullarının çıxış nöqtəsi olan Novorossiysk limanını vurdu.
Qərb ölkələrinin tələblərinə görə, dünya enerji bazarlarında təlatüm yarada biləcək Rusiyanın neft ixracat kanalları vurulmamalıydı. Ukrayna ordusu Rusiya qoşunlarının Xarkov şəhərinə yürüşündən sonra ABŞ başda olmaqla Qərb dövlətlərinin xəbərdarlığını nəzərə almadan Rusiyanın can damarı olan neft ixracatını hədəf almağa başlayıb. Rusiya neft məhsullarının dünya bazarlarına daşındığı Qara dənizdəki Novorossiysk limanı Cümə günü gecə saatlarında Ukraynanın kamikadze pilotsuz təyyarələrinin hədəfi olub. 24 saat ərzində Rusiya ərazisinə ümumilikdə 102 pilotsuz uçuş aparatı göndərən Ukrayna 20 PUA-nı Novorossiysk limanına yönəldib.
***
Səhər saat 05:00 radələrində limanda güclü partlayış səsləri eşidilərkən, Krasnodar vilayətinin qubernatoru Venyamin Kondratyuk Novorossiysk və Tuapse liman şəhərlərinə hücum edildiyini təsdiqləyib. Sosial şəbəkələrdə yayımlanan “Astra” kanalı hadisə şahidlərinə əsaslanaraq gəmilərin dizel doldurma terminalının zədələndiyini bildirib. Buradan Qazaxıstandan çıxarılan neft tankerlərə yüklənir və dünya bazarlarına çıxarılır.
***
Ukrayna prezidenti Vladimir Zelenski Fransanın Frans-Press Agentliyinə verdiyi açıqlamada Qərbin münasibətini tənqid edərək, “Qərb bir tərəfdən Rusiyanın bu müharibədə qalib gəlməsini istəmir. Digər tərəfdən, uduzmağının da tərəfdarı deyil. Bu, çox qəribə bir vəziyyətdir. Biz bundan sonra xalqımız bomba, raketlə öldürən Rusiyaya öz ərazisində hücuma icazə istəyirik. Biz bu istiqamətdə Qərbin verdiyi uzaqmənzilli silahlardan istifadə etmək istəyirik”, – deyib.
Ukraynada yeni səfərbərlik qanunu da dünəndən qüvvəyə minib. 18 may 2024-cü il tarixindən etibarən Ukraynada 25-60 yaş arası bütün kişilər istənilən vaxt cəbhəyə göndərilə bilər. Bundan əlavə, həbsxanalarda ağır cinayəti olmayan məhbuslar Ukrayna ordusuna qoşula biləcəklər. Kiyev rəhbərliyi dünən başlayan səfərbərliklə orduya 500 min yeni əsgər əlavə etməyi hədəfləyir.