Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:55 | 19 may 2024 | Bazar
Məqaləyə 1797 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Ukrayna Rusiya ərazisinə hücumlar üçün ABŞ-dan əlavə yardım istəyib. Adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinin “Wall Street Journal” (WSJ) qəzetinə verdikləri məlumata görə, Kiyev Rusiyadakı hədəfləri müəyyən etmək üçün Co Bayden administrasiyasından kəşfiyyat məlumatları istəyib.
Həmçinin iddia edilib ki, Ukrayna Rusiya ərazisini vurarkən ABŞ istehsalı olan silahlardan istifadə etməyi xahiş edib.
Ağ Evdən qəzetə verilən açıqlamada Vaşinqton rəhbərliyinin Rusiya daxilində hədəflərin müəyyən edilməsi və Rusiya ərazisinə qarşı hücumlarda Amerika silahlarından istifadə edilməsi ilə bağlı kəşfiyyat məlumatlarının verilməyəcəyini bildirilib.
Lakin “WSJ”yə danışan rəsmilər bu siyasətin dəyişə biləcəyinə işarə edərək, Ukraynanın tələblərinin Vaşinqtonda müzakirə olunduğunu bildiriblər.
“New York Times” qəzeti Ukraynanın əvvəllər də oxşar tələblər irəli sürdüyünü, lakin Vaşinqtonun onları rədd etdiyini xatırladaraq, Kiyevin istəklərinə müsbət cavabın Baydenin müharibə siyasətində əhəmiyyətli dəyişiklik olacağını yazıb.
Ötən il ABŞ Rusiya ərazisinə hücumlarda istifadə olunmamaq şərti ilə Ukraynaya uzunmənzilli Ordu Taktiki Raket Sistemi (ATACMS) göndərmişdi.
“WSJ” iddia edirdi ki, Ukrayna hətta öz dronları və silahları ilə Rusiya ərazisinə hücum etmək üçün Vaşinqtondan kəşfiyyat məlumatı ala bilməz. Bildirilib ki, Bayden administrasiyasının bu məhdudiyyətləri Ukraynanın son vaxtlar xüsusilə Xarkov vilayətində irəliləyiş əldə edən Rusiyaya qarşı əlini zəiflədib.
Ötən gün Rusiya ordusunun Xarkov şəhərinə təşkil etdiyi hücumlarda 3 nəfərin öldüyü, 28 nəfərin yaralandığı bildirilib.
Rusiya Müdafiə Nazirliyinin dünən verdiyi açıqlamada 11-17 may tarixləri arasında Xarkov, Donetsk və Zaporojya bölgələrində 14 yaşayış məntəqəsinin ələ keçirildiyi iddia edilib.
Rusiya prezidenti Vladimir Putin Çin səfərini başa vurmazdan əvvəl verdiyi açıqlamada Ukraynanın hücumlarını dayandırmaq üçün bufer zona yaratmağı planlaşdırdıqlarını və Xarkovu ələ keçirməyi hədəfləmədiklərini müdafiə edib.
Ukrayna prezidenti Vladimir Zelenski Fransanın Frans-Press Agentliyinə müsahibəsində Çinin iyunda İsveçrədə keçiriləcək atəşkəs danışıqlarında iştirakını istədiyini bildirib.
Dünən dərc olunan müsahibəsində Zelenski Pekin administrasiyasının Moskvaya “böyük təsirə malik olduğunu” və sülhün təmin edilməsində mühüm rol oynaya biləcəklərini bildirib.
Pekin administrasiyasının danışıqlarda iştirak edib-etməyəcəyi hələlik bəlli deyil. Çinin İsveçrədəki səfiri Vanq Şihtinq mart ayında verdiyi açıqlamada məsələni müzakirə etdiklərini söylədi.