vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
15:21 | 11 iyul 2024 | Cümə axşamı Məqaləyə 428 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Etna coşub

Püskürülən lava səbəbindən Avropanın ən aktiv vulkanının hündürlüyü artıb

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

İtaliyanın cənubundakı Etna dağı son həftələrdəki vulkanik fəaliyyətindən sonra gecədən səhərə qədər yenidən kül və lava səpib. Son günlər vulkan püskürmələrinin baş verdiyi Vorajin adlı krater gecə saatlarında yenidən kül və lava püskürməyə başlayıb. Kraterdə vulkan püskürmələri səhər saatlarına qədər davam edib.

İtaliya mətbuatında yer alan xəbərdə Etnadakı vulkan püskürmələri səbəbiylə Kataniya Fontanarossa Hava Limanına eniş etməli olan bəzi təyyarələrin yaxınlıqdakı Palermoya istiqamətləndirilib, bəzi uçuşlar isə gecikdirilib.

Bildirilib ki, “Etna”nın fəaliyyətinə baxmayaraq, hava limanı bağlanmayıb.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutuna (INGV) bağlı Etna Rəsədxanasının paylaşdığı son məlumata görə, 2021-ci ildən bəri heç bir püskürmə müşahidə olunmayan Etnanın hündürlüyü vulkanik fəaliyyətlər nəticəsində dəniz səviyyəsindən yuxarı qalxıb. İyunun son həftəsindən bəri davam edən və son günlər tez-tez kül və lava püskürən Voragine kraterinin hündürlüyü yığılmış lava səbəbindən 3 min 369 metrə çataraq 3 min 347 metr hündürlüyündəki cənub-şərq kraterini keçib. Xüsusilə 5-7 iyulda baş verən intensiv vulkanik fəaliyyətlərdən sonra Vorajin kraterində aparılan ölçmələrdə səviyyənin artdığı müəyyən edilib.

Son həftələrdə kül, lava püskürməsi, lava axınları və zəlzələlər kimi vulkanik fəaliyyətlərin tez-tez müşahidə edildiyi Etna dağı, Kontinental Avropanın ən yüksək aktiv vulkanıdır.