vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 19 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MÜBHƏM  
11:47 | 16 avqust 2024 | Cümə Məqaləyə 276 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ginnesin Rekordları”na düşən tutuquşu

“Ümid edirik ki, səylərimiz “quş beyni” ifadəsinin mənasını dəyişəcək”

MEHİN

Sosial mediada sensasiya yaradan boz tutuquşu üç dəqiqə ərzində ən çox obyekti müəyyən edən tutuquşu kimi Ginnesin Dünya Rekordunu qırıb.

ABŞ məzmun istehsalçıları Dalton və Viktoria Meyson ilə yaşayan “Apollon”un “TikTok”da 2,8 milyon, “YouTube”da isə 1,3 milyon izləyicisi var.

Cütlük 2020-ci ildən onlarla birlikdə yaşayan 4 yaşlı boz tutuquşuyla məşq edir.

Apollon 3 dəqiqə ərzində 12 obyektin adını çəkərək dünya rekordu qırıb.

“Ginnesin Rekordlar Kitabı” avqustun 7-də böcəklər, kitablar və corablar kimi 12 şeyin adını çəkən “Apollon”un 3 dəqiqə ərzində tutuquşu tərəfindən müəyyən edilən ən çox obyektin rekordunu qırdığını açıqlayıb.

Meyson cütlüyü tutuquşunun müvəffəqiyyəti ilə əlaqədar olaraq, “Məqsədimiz cəmiyyəti heyvanların təbii zəkaları haqqında məlumatlandırmaqdır”, – deyib: ““Quş beyni” ifadəsinin mənasını dəyişəcəyimizə ümid edirik”.

Boz tutuquşular ən yüksək intellektə malik heyvan növlərindən biridir. Əvvəlki araşdırmalar boz tutuquşuların ən azı 5 yaşlı uşaqların idrak səviyyəsində olduğunu göstərib.

Meyson cütlüyü tutuquşuları ilə məşq edərkən, İren Pepperberqin üsullarından və “Apollon”un sevimli çərəzi olan püstədən istifadə etdiklərini deyib. Bu üsulda bir adam tutuquşuya yeni şeylər öyrədirsə, digəri heyvanla birlikdə öyrənirmiş kimi hərəkət edir, lazımi reaksiyaları göstərir və buna nümunə göstərir.

Uzun illərdir Aleks adlı boz tutuquşu ilə məşq edən Pepperberg heyvanın çıxardığı səslərin təqliddən kənara çıxdığına dair tapıntılar əldə etmişdi. Aleks 6-ya qədər saymaqla yanaşı, bir çox obyektlərin və rənglərin adlarını bilir.

Meyson cütlüyü məşq prosesinin başlanğıcında bir çox şeyin adını öyrəndikdən sonra “Apollon”un Aleks kimi uğurlu ola biləcəyini düşünürdü: “”Apollon”un öyrənəcəyinə ümid etdiyimiz şeylərin həqiqətən də həddi-hüdudu yoxdur”.