vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MÜBHƏM  
01:04 | 23 avqust 2024 | Cümə Məqaləyə 227 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mamontların ovlanmasında istifadə edilən “unikal” üsul

Onilliklərlə davam edən mübahisələrə son qoyuldu

ELŞAD

Buz dövründə insanların nəhəng mamontları yerə əkdiyi nizələrlə öldürdükləri iddia edilib. 13 min il əvvəl Şimali Amerikada yaşamış Kolvis xalqının mamont ovladığı məlum idi.

Bu xalqa aid daş nizə ucları təxminən 100 ildir ABŞ və Kanadanın müxtəlif yerlərində tapılıb. Çaxmaq daşı, jasper və çərt kimi qayalardan hazırlanmış Kolvis nizə başlıqlarının ölçüləri baş barmaqdan smartfona qədər dəyişir.

Alimlər əvvəllər bunların təxminən 9 ton ağırlığında olan mamontlara atıldığını düşünürdülər. Başqa bir nəzəriyyə, insanların yemək üçün ölü və ya yaralı heyvanları kəsmək üçün Kolvisdən istifadə etdiyini irəli sürüb.

Avqust 21-də “PLOS One” jurnalında dərc edilən bir araşdırmada yeni bir ehtimal irəli sürülüb: “Nizələr yerə əkilmiş və sürətlə qaçan mamontlar onlara ilişib ölmüş ola bilər”.

Yeni tədqiqat həmçinin Lolvis nizə nöqtələrinin necə istifadə edildiyinə dair onilliklər boyu davam edən mübahisəni dayandıra bilər.

Kaliforniya Universitetinin Berkli şəhərciyindən olan tədqiqatçılar nizələrin yerə bucaq altında əkilmiş olduğunu düşünürlər. Beləcə ovçulara doğru qaçan mamontun gücü nizənin bədəninin dərinliyinə batmasına səbəb olub.

Alimlər öz nəzəriyyələrini sınaqdan keçirmək üçün oxşar platforma yaradıblar. Beləliklə, nizənin üzərinə qoyulan qüvvəyə necə reaksiya verdiyini müşahidə etdilər.

Qeyd olunub ki, nizə ətini deşdikdən sonra qalxıb, beləliklə də bədənin daha böyük hissəsinə ziyan vurub.

Tədqiqatçılar bu üsulun nəhəng heyvanlara nizə atmaqdan daha təsirli olduğunu deyirlər.

Məqalənin həmmüəllifi Can Sanseri, “İnsan qolunun istehsal edə biləcəyi enerji növü hücum edən bir heyvanın yaratdığı enerji növü kimi deyil”.

Bu nizələr istifadəçini qorumaq üçün nəzərdə tutulub.

Bu texnika həm də nizənin təkrar istifadəsinə imkan verib. Buz dövründə yaşayan insanların, yəqin ki, çox asanlıqla əldə edə bilməyəcəkləri alətləri atmaq əvəzinə bu üsuldan istifadə etməyə üstünlük vermələri məntiqli görünür.

Alimlər əlavə edirlər ki, oxşar üsul müharibələrdə atları öldürmək üçün istifadə olunub.

Tədqiqatın digər müəllifi Skott Biram əlavə edir: “Bu qədim yerli Amerika dizaynı ov strategiyalarında inanılmaz bir yenilik idi”.

Bu unikal yerli texnologiya, dünyanın bir çox yerlərində minlərlə ildir istifadə edilən ovçuluq və sağ qalma üsullarına bir pəncərə açır. Tədqiqatçılar növbəti tədqiqatlarında mamont maketini yaradaraq öz nəzəriyyələrini sınaqdan keçirməyi planlaşdırırlar.