vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
20:03 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 2430 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrana verilən ərazi açıqlaması

«Təzə körpü tikilib və 44 metr İranın ərazisinə keçib»

Cavid TURAN

MÖVZU İLƏ ƏLAQƏLİ

«Axar.az»ın məlumatına görə, bu barədə İran mətbuatı xəbər verib. İran Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqari bu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında İran və Azərbaycan arasında sərhəddə mövcud olan mübahisəli ərazi ilə bağlı məsələyə toxunub (İranda il mart ayının 21-də dəyişir).

H.Zülfüqarlı bildirib ki, İran və Azərbaycan arasında Naxçıvan MR-nın Culfa sərhəd keçid məntəqəsində körpünün üzərində mübahisəli ərazi var idi, müzakirələr nəticəsində bu ərazi ilə bağlı məsələ öz həllini tapdı və 44 metrlik sahə İran ərazisinə birləşdirildi.

Xatırladaq ki, bir neçə ay öncə Culfa və Biləsuvar sərhəd-keçid məntəqələri İran sərhədçiləri tərəfindən bağlanmışdı və yük maşınlarının keçməsi yasaq edilmişdi. İndi Culfa ilə bağlı yayılan məlumat bu ünvanda nələrinsə baş verdiyi ehtimalını yaradır.

Məsələ ilə bağlı XİN-in mətbuat katibi Elman Abdullayev «Yeni Müsavat»a bildirdi ki, onda belə bir məlumat yoxdur: «Ümumiyyətlə, Azərbaycan heç bir zaman heç kimə bir qarış torpağını belə verməz».

«Yeni Müsavat»ın bölgə müxbiri Həkimeldostu Mehdiyev isə araşdırma apardıqdan sonra bunları bildirdi: «Bizim mənbələr bildirir ki, sözügedən ərazidə Azərbaycanla İranı Araz çayı ayırır və bu ünvandan torpağın verilməsi mümkün deyil. Sadəcə orda təzə körpü tikiblər. Həmin körpü isə guya 44 metr İranın ərazisinə keçibmiş. Həmin ərazini də İran tərəfi mübahisəli sayırdı. Bizə tikilən təzə körpüdən keçməyə də icazə vermirdilər. Artıq buradan gediş-gəliş bərpa olunub. Yəqin bu ərazi ilə bağlı razılığa gəlinib və belə bir açıqlama yayılıb».