vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MÜBHƏM  
14:16 | 27 avqust 2024 | Çərşənbə axşamı Məqaləyə 311 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dirilik suyu Naxçıvanda-İlandağda yerləşir?

Qədim qaynaqlar və əfsanələr haqqında ...

Zaur ƏLİYEV, dosent

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda hündürlüyü 2412 metr olan tarixin bütün ağrılı sınaqlarından keçərək hələ də əzəmətini qoruyan bir dağ var. El arasında buna İlandağ, bəziləri İnandağ, bəziləri isə Haçadağ adlandarır. Həmişə dumanlı və təpəsindən buludların asıldığı kimi göründüyü üçün qədim döyüşçünün nəhəng dəbilqəsini xatırladır dağ.

Məlumdur ki, hazırda Ermənistanda yerləşən Matandaran İrəvan Əlyazmalar və Sənədlərin qorunma və tədris mərkəzində Azərbaycan və yaxın coğrafiyadan oğurlanan nadir sənədlər saxlanılır. Burada qədim incilin nüsxələri saxlanılır. Tədqiqatçı Aram T.Qanalanyanın 1969-cu ildə Ermənistan Elmlər Akademiyasının nəşriyyatı tərəfindən nəşr edilmiş “Erməni əfsanələri” (erməni dilində) kitabın bu qədim əlyazmalar əsasında işləyib.

Kitabda o qədim İncilə əsaslanaraq belə bir fikir yazır: “Tufan zamanı Nuhun gəmisi gecə bu dağa toxundu. Zərbə o qədər güclü idi ki, dağ ikiyə bölündü. Nuhun gəmisi dəyəndən sonra ilan və canavarlar burada məskunlaşdı. Ona görə də dağ İlandağ adlanır”.

İlandağ barədə Şumerlərə aid olduğu ehtimal edilən əlyazmalarda da qeydlər var. Oğuz türkləri dövründə İlandağın qədim müşahidə məntəqəsi kimi istifadə edilib. Yaxınlaşan təhlükə haqqında burada yandırılmış ocaq vasitəsiylə Əlincə qalaya, oradan isə Çalxanqala və Şapurqala məlumat verilirmiş.

Burada tapılan Urartu dövrünə aid e.ə. 820–810–cu illərə aid qədim mixi yazılardan aydın olur ki, ərazidə qədim dövrlərdən yaşayış olub. Dağın tarixi barədə yüzlərlə istinad və fakt yazmaq olar. Əsas məsələ qədimdən bizə bu günə qədər gəlib çatan mifik bir əfsanədir. Qədimdə insanlar inanırdılar ki, dağın əks tərəfində, ilanların çoxluq təşkil etdiyi yerdə bir balaca şəfaverici göl var. Nuh peyğəmbər burda lövbər salanda Tanrı şəfaverici gölü yaratdı ki, onun ailəsi sudan içib uzunömürlü və sağlam olsun.

Bəzi qaynaqlarda buna Dirilik suyu da deyirlər. “Bu gölü qəlbi təmiz, niyyəti saf olan adamlar görüb su içə bilər ancaq”- əfsanələrdə yazılır.

Naxçıvanın XVIII əsrə aid bir folklor nümunəsində yazılır:

“– Bir oğlan bu gölü axtarırdı. Getdi bir bulaq tapdı. Gördü bu bulağın

başında bir qoca oturub.

Dedi:

– Qoca, bu nə sudur belə?

Qoca dedi:

– Bu, dirilik suyudur.

Oğlan istədi əyilə dirilik suyundan içə, qarı qoymadı, dedi:

– Bala, içmə. Mən içib dadını görmüşəm; yaşım keçib, bütün bədənim

çürüyüb əldən gedib, ancaq, ölə bilmirəm. Ölüm də bir gözəl şeymiş, bala.

Bu sudan içib mənim günümə düşmə..".

Inanc və miflərə inansaq bu şəxs Xızır peyğəmbər olub. Naxçıvanda ən çox sevilən bayramlardan biri də Xıdır Nəbi bayramı və Xızır peyğəmbərlə bağlı çoxsaylı fikirlər mövcuddur. Xıdır və ya Xızır qədim türk mifoloji təsəvvürlərində ölüb-dirilən, zülmət dünyasından əbədi həyat bəxş edən dirilik suyunu tapıb içən və ölməzlik qazanan bir obrazı simvolizə edir. Türk mifik qaynaqlarında Xızır Yer, Su, Umay kimi bir vəli (övliya), yaxud hami ruh statusuna malik varlıq kimi səciyyələndirilir. İslamda Xızır dirilik suyunu içdiyinə görə peyğəmbər statusu qazanmışdır. 1647-ci ildə Azərbaycana gələn türk səyyahı Övliya Çələbi Xıdır-Zində pirini ziyarət etdikdən sonra "həmin türbədə yatan Xızırın bədəninin təzəliyinin hələ də qorunduğunu” qeyd etmişdir. 1858-1859-cu illərdə Qafqaza gəlmiş fransız yazıçısı Aleksandr Düma da həmin türbəni ziyarət etmiş və onu şirvanlıların müqəddəs hesab etdikləri bir ziyarətgah olduğunu yazmışdır.

Bu faktlar göstərir ki, məhz Naxçıvan Nuhun ayaq qoyduğu yer olmaqla yanaşı, Tanrının ona bəxş etdiyi ölümsüzlük və şəfaverici suyu məhz İlandağda yaradıb.

Qədim yunan əsatirlərində yazılır ki, Makedoniyalı İsgəndər Daranı məğlub edəndən sonra bərk xəstələnir. Yerli kahinlər ona Xızır içən sudan içməyi tövsiyə edirlər və onun adamları İlandağa (onlar Elamdağ yazırlar) sudan gətirib ona verirlər və o sağalır.

“Koroğlu” dastanında dirilik suyu ilə əlaqədar süjet xətti var.

İlandağın zirvəsinə 3 və ya 4 cığırla qalxmaq mümkündür. Lakin çətin keçiləsi və ilanlarla dolu olan ərazidən keçib bu gölü görmək olar əgər niyyətin safdırsa. Çünki dağ öz sirrini hər kəsə aça bilməz. Bütün xəstəliklərin dərmanı olan gölün suyu eyni zamanda uzunömürlü həyat da bəxş edir insana. Bu sirri isə Dağ hələdə gizlədir. Qədim əfsanələrdə olan Dirlik suyunu qucaqlayıb insanlardan qorumaqda davam edir.