Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
12:26 | 27 avqust 2024 | Çərşənbə axşamı
Məqaləyə 513 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Rusiya artıq ikinci gündür ki, Ukraynaya raket və PUA-larla hücum edir. Ukrayna ordusu səhər saatlarında verdiyi açıqlamada müharibənin ən böyük dünənki hava hücumdan bir gün sonra Rusiyanın Ukraynanın bir çox bölgəsini raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alan və ən az 4 nəfərin ölümünə səbəb olan həmlələr həyata keçirdiyini bildirib.
Bölgə səlahiyyətliləri Ukraynanın mərkəzindəki Krivı Roq şəhərində bir otelin “dağıdılması” nəticəsində iki nəfərin, Krivı Roğın şərqindəki Zaporojjya şəhərinə PUA-nın hücumu nəticəsində daha iki nəfərin öldüyünü açıqlayıb.
Bölgədəki hərbi idarədən “Telegram” vasitəsilə edilən açıqlamada Kiyevin hava hücumundan müdafiə sistemlərinin paytaxtı hədəf alan raket və PUA-ları dəf etmək üçün gecə ərzində bir neçə dəfə işə düşdüyünü bildirib. “Reuters”in şahidləri də gecə ərzində Kiyevdə ən azı üç partlayış səsi eşitdiklərini bildiriblər.
Dünən Rusiya 200-dən çox raket və PUA hücumu ilə azı 7 nəfəri öldürüb, enerji infrastrukturuna ziyan vurub. ABŞ prezidenti Co Bayden isə hücumu pisləyərək “çirkin” adlandırıb.
Vaşinqtonda yerləşən Müharibənin Tədqiqi İnstitutunun analitikləri dünən axşam dərc etdikləri hesabatda qeyd ediblər ki, Moskva “ehtimal ki, mütəmadi olaraq oxşar miqyaslı iri hücumları davam etdirmək üçün müdafiə sənayesi imkanlarına malik deyil”.
Kreml dünən bildirib ki, Ukraynanın Kursk bölgəsinə hücumuna cavab verəcək və Ukrayna ilə atəşkəs danışıqlarının aparılması ideyasından artıq söhbət gedə bilməz.