vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MƏMLƏKƏT  
17:50 | 11 iyun 2014 | Çərşənbə Məqaləyə 2383 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kənddə güllə səsi də eşitmədim»

Naxçıvanlı jurnalist Culfanın «boşalan kənd»indən xəbər verir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün bəzi KİV-də Culfanın Ləkətağ kəndinin ermənilər tərəfindən tutulması, kəndin boşaldılması ilə bağlı məlumatlar yayıblar.


«Şərq qapısı» qəzetinin əməkdaşı Elnur Kəlbizadə bu gün Culfanın adıçəkilən kəndində olub və kənddən çəkdiyi şəkilləri AzVision.az-a göndərib:

«Mediadakı bütün dostlarımıza bir vətəndaş, mətbuatda çalışan bir həmkar kimi demək istəyirəm. Mən bu gün Ləkətağda idim. Kənd də, sakinlər də, postlarımız da yerindədir. Kənddə olduğum 4 saatdan artıq müddət ərzində bircə güllə səsi də eşitmədim. İnsanlara «Kəndə hücum olubmu?» sualını verdikdə, «hansı kənd?» cavabını eşitdim. Və fikirlərimin sübutu olaraq, şəxsən çəkdiyim fotoları təqdim edirəm. Naxçıvanın bircə qarışına belə erməni ayağı dəyə bilməz. Fikirlərimə bəzək-düzək vurmaqdan çox uzağam. İstənilən jurnalist həmkarımızla bir daha kəndə getməyə hazıram.