14 min ton pambıq yığılıb
Bu il ötən ildən 2.6 dəfə çox ərazidə «ağ qızıl» əkilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Təqsirkarlar cəzalandırılmalıdır
Qazilərimizə qarşı məmur biganəliyi və sayğısızlıq gənclərimizin vətənpərvərlik duyğularına böyük zərbədir
-
Çiyid səpini başladı
Nazir İman Kərimov prosesdə iştirak etdi
-
Pambıq yığımı başlandı
“Ağ qızıl”ın hər kiloqramına 60 qəpik və əlavə …
-
Qarpız qızıla dönüb, xəbəri yox fermerlərin
Sabirabad qarpızı bazarlardan yoxa çıxdı, qiymətlər də kəskin artdı ...
-
... 5 vəzifəli həbs olundu
Pambıqçıların zəhərlənməsinə görə ...
-
“Pambıqçıların zəhərlənməsi təxribat deyil”
Ekspert səbəbləri göstərdi: “Təhlükəsizlik qaydalarına riayət edilmir”
-
“Ürəkbulanma zəhərlənmə demək deyil”
Pambıq tarlalarının sifarişçisi - “Aqrarkredit” şirkətindən açıqlama: “Nəticələri gözləyirik”
-
“Bizim vaxtımızda belə hadisələr olmurdu”
Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib
-
Bu artıq təxribatdır!
Yevlaxda pambıq sahəsində zəhərlənənlərin sayı 24-ə çatdı: 8-i uşaqdır
-
Zəhərlənmənin günahkarı tapıldı
Nazir İman Kərimov məmuru işdən çıxarıldı
-
“7 nəfər reanimasiyadadır”
Zəhərlənmə ilə əlaqədar 111 şəxs xəstəxanaya müraciət edib
-
Sabotaj, yoxsa …
Azərbaycanlı pambıqçıları Vyetnam partizanları kimi zəhərlədilər
-
Zəhərlənmə, yoxsa günvurma?!
14 pambıqçının xəstəxanalıq olmasının səbəbi bilinmir
-
Pambıq sahəsində növbəti insident
Bu dəfə Tərtərdə 14 nəfər zəhərləndi
-
Zəhərlənmə olayı prezidentin nəzarətində
Xəstələrin vəziyyəti isə qənaətbəxşdir
-
Təlimata əməl edilməyib...
Saatlıda 24 nəfərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb
Bu il sentyabrın 20-nə kimi Azərbaycan ərazisində 14 min 988,88 ton pambıq tədarük edilib. Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında yazılır. Məlumatda bildirilir ki, pambıq tədarükündə Saatlı rayonu liderlik edir. Saatlıda bu mövsümdə 3 min 617,60 ton pambıq yığılıb.
İkinci sırada Sabirabad gəlir. Sabirabad fermerlərinin 2 min 128,03 ton pambıq topladığı bildilir.
Üçüncü sıradakı Biləsuvar rayonunda 1 min 481,23 ton pambıq yığılıb.
Beyləqanda 1143,50 ton, Neftçalada isə 912,50 ton pambıq tədarük olunub.
Xatırladaq ki, 2016-cı ildən başlyaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.
Ölkə başçısı bu ilki çıxışlarından birində demişdi ki, 2017-ci ildə pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq.
2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin anoloji göstəricisindən 33 min 373 hektar çox idi.
2017-ci ildə isə Azərbaycanda 136 min 413,2 hektar pambıq əkilib. Bu ötən ildən 2.6 dəfə, 2015-ci ildəkindən isə 8 dəfə çoxdur.
Ən çox pambıq Saatlıda əkilib - 17 min 220 hektar.