
Hamımız üçün utanc gətirəcək
İntiharlar silsilə halını almaqdadır, çıxış yolu nədir?
İntiharlar silsilə halını almaqdadır, çıxış yolu nədir?
Qazi özünü niyə təhsil, vergilər və polis idarələrinin deyil, icra hakimiyyəti qarşısında yandırıb?
Şəhid övladları haqqında qərara yenidən baxılması zərurəti yaranıb
Sabirabad qarpızı bazarlardan yoxa çıxdı, qiymətlər də kəskin artdı ...
Ekspert səbəbləri göstərdi: “Təhlükəsizlik qaydalarına riayət edilmir”
Pambıq tarlalarının sifarişçisi - “Aqrarkredit” şirkətindən açıqlama: “Nəticələri gözləyirik”
Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib
Xəstələrin vəziyyəti isə qənaətbəxşdir
Saatlıda 24 nəfərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb
22 milyon 358 min manat
Prezidentin verdiyi müddət dekabrın 15-də bitir; pambıq yığımında bir neçə rayon geridə qalıb
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
Bu il ötən ildən 2.6 dəfə çox ərazidə «ağ qızıl» əkilib
Rayona göndərilmiş müəllimənin oğurlanıb qaçırılması ilə bağlı yeni xəbər
Muğanın ilan mələyən düzləri də əkinə hazırlanır
Temperatur əvvəlki illərdən yüksək olacaq
İkinci Qarabağ savaşı qələbə ilə başa çatandan sonra qazilər arasında intiharların ola biləcəyi ilə bağlı cəmiyyətdə müəyyən müzakirələr gedirdi. O zaman bu intiharların daha çox “post-müharibə” sindromu, psixoloji səbəblərlə əlaqəli ola biləcəyi vurğulanırdı.
Amma hazırda qazilərin intiharı ilə bağlı formalaşan statistika tam ayrı mənzərəni üzə çıxarıb. Artıq 35-dən çox vətən müharibəsi iştirakçısının intihar etməsi ilə bağlı məlumatlar yayılır.
Bu intiharların psixoloji məqamlarla bərabər, daha çox sosial problemlər, yaşayış vəziyyəti, dolanışıqla və məmur özbaşınalığı ilə bağlı olduğu qeyd olunur.
Bütün bunlar çox düşündürücüdür.
Qalib ölkə üçün, qalib əsgər və zabitlər üçün bu, belə olmalı deyildi.
Düşünürəm ki, dövlət ciddi olaraq qazilərin artan intihar məsələsini araşdırmalıdır.
İntiharların kütləviləşməsi bu məsələdə cəmiyyət üçün qaranlıq məqamların olduğunu göstərir.
Nə üçün axı onların problemləri həllini tapa bilmir?
Düşünürəm ki , hökumət maraqlı tərəfləri, müstəqil qurumları cəlb etməklə bu məsələni kökündən araşdırıb cəmiyyətə hesabat təqdim etməlidir.
Təqsirkarlar cəzalandırılmalıdır.
Hökumət qazilərin gələcək həyatı ilə bağlı, dövlət himayəsi ilə bağlı, sosial məsələlərinin kökündən həlli ilə bağlı ağlabatan bir mexanizm, yol xəritəsi müəyyən etməlidir. İctimai nəzarət imkanları yaradılmalıdır.
Xatırlayıram ki, müharibədən sonra bir istiqamətdə müəyyən addımlar atıldı, xüsusi fondlar yaradıldı, yerli icra qurumlarında xüsusi şöbələr yarandı. Lakin görünür ki bütün bunlar yetərli deyil.
Fikrimcə cəmiyyət də bu problemə daha həssas yanaşmalı, problemi diqqətdə saxlamalıdır.
Yeri gəlmişkən, qazilərin intiharı, müharibə iştirakçılarına məmur biganəliyi və sayğısızlıq gənclərimizin vətənpərvərlik duyğularına da böyük zərbədir!
Düşünürəm ki , bu problemin həllində məmur özbaşınalığının qarşısının alınması üçün, daha çevik və effektiv qərarların qəbulu üçün sərt tədbirlər görülməlidir.