
Pizza sifarişi qədər asandır
Avropa kokain mərkəzinə çevrilir, ağ ölüm Türkiyədə də yayılır
Avropa kokain mərkəzinə çevrilir, ağ ölüm Türkiyədə də yayılır
Vicdanlı, dürüst insanların həyatda qalmaq şansı azdırmı?
... Yaxud Tanrı yoxdursa, nə var?
Marixuananın tüstüsündən başgicəllənməyə tutulan 25 min insan hallüsinasiya görür
Hollandiyada nəhəng narkotik əməliyyatı
Almaniya polisi 7 nəfərdən ibarət şəbəkənin 7 min nəfərlik müştəri siyahısını tapıb
3 ayrı-ayrı şəxslərin eyni ortaq nöqtəsi olub – Banqkok-Doha reysi
Hər cavabdan yeni bir sual doğmursa, o fəlsəfi yol bitmişdir
Heroin bazarında qıtlıq sintetik narkotik maddələrə tələbatı artırır
Mağazaya və restorana avtomatla basqın, həbsxanaların güllə-baran edilir, maşınlar yandırılır
Hamburqda 3 qardaşın həbsi zamanı 40 min saxta “Viagra” və narkotik maddə ələ keçirildi
Sürücülərin nəzərinə tıxaclı yolların siyahısı yayıldı
Bank kartlarından minlərlə manat oğurlayan fırıldaqçılar “yağlı müştəriləri” necə müəyyənləşdirirlər?
Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?
Ürəklərə hərarət, düşüncələrə aydınlıq gətirir
Hollandiyada ağrı kəsici yerinə narkotik göndərilən 30 yaşlı adam ölüb
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları bir neçə uğurlu əməliyyat axtarış tədbiri həyata keçiriblər. Nazirliyin mətbuat xidmətindən «Qafqazinfo»ya daxil olan xəbərə görə, əməliyyatlar nəticəsində külli miqdarda müxtəlif tərkibli narkotik maddəni dövriyyədən çıxarıb.
Baş İdarənin Qərb bölgəsinin Regional Şöbəsinə Tovuz rayon Əyyublu kəndində narkotik maddə plantasiyası becərilməsi barədə məlumat daxil olub. Narkotik maddəni əkib becərməkdə şübhəli bilinən kənd sakini, 26 yaşlı Əli Əliyev nəzarətə götürülüb və o 11 kiloqram qurudulmuş marixuananı 2 min Amerika dollarına satarkən cinayət başındaca yaxalanıb.
Saxlanılan şəxs bildirib ki, marixuananı özünə məxsus əkin sahəsində xüsusi aqrotexniki qaydalara uyğun becərib. Polis əməkdaşları Əli Əliyevə məxsus torpaq sahəsinə baxış keçirərkən kartof kolları arasında əkilmiş xeyli sayda çətənə kollarını da aşkar edərək maddi sübut kimi götürüblər. Əli Əliyev bildirib ki, çətənə kollarını bir neçə ay əvvəl satış məqsədilə əkib. Yığılan narkotik tərkibli bitkilər yandırılaraq məhv edilib.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Bakı şəhərində keçirdiyi digər əməliyyat axtarış tədbiri nəticəsində 1 kiloqramdan çox heroin, tiryək və həşiş qatranı da qanunsuz dövriyyədən çıxarılıb. Biləsuvar rayonunda anadan olmuş 30 yaşlı Fuad Əzizov şübhəli şəxs qismində saxlanılıb və onun üstündən 350 qram tiryək aşkarlanıb. Saxlanılan şəxs tiryəki narkotik maddə alveri ilə məşğul olan tanışı Cavid Əsgərovdan aldığını bildirib.
Əməliyyat axtarış tədbirlərini davam etdirən Baş İdarə əməkdaşları Cəlilabad rayonunda anadan olmuş 32 yaşlı Cavid Əsgərovu da yaxalayıb. Saxlanılan şəxsin evindən və həyətyanı sahəsindən ümumi çəkisi 1 kiloqramdan çox olan tiryək, heroin və həşiş qətranı, eləcə də narkotik maddə çəkmək üçün nəzərdə tutulan 3 ədəd elektron tərəzi də aşkar edilərək götürülüb. Cavid Əsgərov narkotik maddələri həbsxanada tanış olduğu İran vətəndaşından aldığını və həyətyanı sahəsində qazaraq torpağa basdırdığını bildirib.
Qeyd edək ki, hər iki şəxs əvvəllər də narkotik maddə satdıqları üçün məhkum olunub. Faktlarla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə iş açılıb, istintaq narkotik maddələrin mənbəyini və saxlanılan şəxslərin digər cinayət əməllərini araşdırır.