XİN rəsmisi səfir göndərilir
Elxan Poluxovdan sonra Elman Abdullayevə böyük məsuliyyət
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ölüm hökmünü gözləyən əsgərlər əfv edilib
Ölkə “Efiopiya Yeni ili”ndə ikiqat bayram edəcək
-
Somalinin ərazi bütövlüyü problemi
BƏƏ və Efiopiya aviaşirkətləri separatçı bölgəyə uçuşlar həyata keçirir
-
Efiopiyada dəhşətli fəlakət
Onlarla insan həyatını itirdi
-
“Facebook”a qarşı 2 milyardlıq iddia
Məhkəmə davaçıları arasında güllələnən akademikin oğlu da var
-
Rusiya Azərbaycanın müttəfiqidirmi?
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
-
“İftira dolu müddəalar”
XİN: “Fransa Senatı tərəfindən qəbul edilmiş qətnaməni qətiyyətlə rədd edirik”
-
Səfirə xəbərdarlıq
“Musəvi diplomat fəaliyyətinə uyğun olmayan işlərlə məşğul olurdu”
-
Tehran dözmədi...
İran səfirimizə qarşı psixoloji, siyasi təzyiq göstərmək variantına əl atıb
-
Vaşinqtondan Soçiyə cavab
XİN rəhbərləri ABŞ-a dəvət olundu
-
“Müttəfiqliyin ruhuna ziddir”
Sülhməramlıların vətənində səslənən müharibə çağırışlarına cavab
-
Leyla Abdullayevanın xələfi ...
... Ayxan Hacızadə kimdir?
-
“Qərəzsizliyi ciddi sual altındadır”
Azərbaycan XİN-dən Emmanuel Makrona sərt cavab
-
“Öhdəliklərin yerinə yetirilməməsi ...”
Azərbaycan Fransaya etiraz notası verdi
-
“... Riyakarlığının nümunəsidir”
Rəsmi Bakı Ermənistanın hərbi cinayətlərlə bağlı bəyanatına sərt cavab verdi
-
Bayramovun telefonları susmur
Dövlət katibindən sonra köməkçisi də azərbaycanlı nazirə zəng etdi
-
XİN rəhbərləri ilk dəfə təkbətək görüşdü
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Gürcüstanda bir araya gəlib
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Efiopiya Federal Demokratik Respublikasına səfir göndərilir. Bu barədə «Trend»ə diplomatik mənbədən məlumat verilib.
Məlumata görə, E.Abdullayevin artıq aqremanı alınıb. Yaxın vaxtlarda onun səfir kimi fəaliyyət göstərəcəyi gözlənilir.
Bununla bağlı hər hansı rəsmi məlumat verilmir.
Qeyd edək ki, Efiopiya Afrikanın ən qədim dövlətlərindən biri və XX əsrin əvvəllərinə kimi Liberiya ilə yanaşı Afrikadakı iki müstəqil dövlətdən biri olub.
Əhalinin 50,6 faizini miafizit xristianlar, 10,2 faizini protestant xristianlar, 32,8 faizini müsəlmanlar, 4,6 faizini aborigen mədəniyyətlilər, 1,8 faizini digərləri təşkil edir.
Efiopiyada 82 dildə danışan müxtəlif xalqlar və tayfalar yaşayır.
Elman Abdullayev «Qafqazinfo»ya açıqlamasında bildirib ki, belə bir təyinat prezident İlham Əliyevin müstəsna səlahiyyətidir:
«Bu qərarı ancaq ölkə başçısı verə bilər».
Vaxt.az xatırladır ki, XİN mətbuat xidməti rəhbərinin səfir göndərilməsi Azərbaycan diplomatiyasında ilk təcrübə deyil. Belə ki, Elman Abdullayevdən sələfi Elxan Poluxov 2011-ci ildə CAR-a səfir göndərilmişdi.