Ölüm hökmünü gözləyən əsgərlər əfv edilib
Ölkə “Efiopiya Yeni ili”ndə ikiqat bayram edəcək
Efiopiya Tigray qüvvələri ilə qarşıdurma zamanı törətdikləri cinayətlərə görə edama məhkum edilən 178 hərbçiyə amnistiya elan edildiyini açıqlayıb.
Efiopiya Müdafiə Nazirliyindən verilən açıqlamada Tiqray qüvvələri ilə toqquşmalar zamanı 178 şəxsi konstitusiya vəzifələrini tərk etdiyi və daha əvvəl həm orduya, həm də xalqa qarşı ağır cinayətlər törətdiklərinə görə hərbi məhkəmələr tərəfindən məhkum edildiyi bildirilib.
Açıqlamada, “Efiopiya Yeni ili” qeyd etmələri çərçivəsində edam cəzasına məhkum edilmiş 178 hərbi qulluqçunun əfv edildiyi, əfv qərarının rəsmi amnistiya tələblərinin təqdim edilməsi və Əfv Təşkilatı tərəfindən aparılan yoxlamadan sonra təsdiqləndiyi bildirilib.
Efiopiyada federal hökumət 2022-ci ilin noyabrında qiyam qaldıran Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə sülh sazişi imzalayıb. Razılaşmadan sonra regional administrasiya TPLF-ə keçdi və təşkilat tərksilah edildi.
Öz təqvim və vaxt sistemindən istifadə edən Efiopiya yeni ili sentyabr ayında qeyd edir.