Gömrükdə rüşvətin memarı
«Broker» MMC-nin nəzarəti altında həyata keçirilən şübhəli əməliyyatların şok təfərrüatları…
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sizi sadəcə aldadıb əlavə pul qoparacaqlar
Korrupsion sövdələşmələrə getməyin, dələduzların vədlərinə inanmayın, haqqınızı tələb edin!
-
«Bizi məcbur edir ki...»
Sahibkar prezidentin yanında Gömrük Komitəsini ittiham etdi
-
Yarım milyard manata yaxın…
Bağlanan bankların əmanətçilərinə nə qədər pul verilib?
-
İranlının «fərasət»i
Gömrükçülər sürücünün çantasında narkotik tapıblar
-
«Bizi xilas edin»
Bəylər Əyyubovun işçisinə şok ittihamlar
-
Ölkəyə gələn bütün növ mallar sərhəddən keçəndə olduğu kimi fiksə edilir, Bakıda isə sənədi saxtalaşdırmaq üçün yenidən gömrük-keçid məntəqəsinə qaytarırlar: orijinal sənədi dəyişmək üçün sahibkarlardan rüşvət alınır, işin başında Əbülfəz Məlikovun dayandığı deyilir. Bu barədə savash.org saytı məlumat yayıb.
Gömrük sistemində «yeni rüşvət qaydaları» qüvvəyə minib. Yeni qaydalar sahibkarların daha çox soyulmasına xidmət edir. Yeni rüşvət mexanizmi həm də gömrük sistemində bürokratik qaydaları daha da mürəkkəbləşdirib. Bu məlumatı sayta sahibkarlar verib.
Sahibkarın sözlərinə görə, əvvəllər qaydalar belə idi: «Tutaq ki, iş adamı ölkəyə 100 min dollarlıq mal gətirirdi. Brokerlər də bunu 15 min dollarlıq mal kimi sənədləşdirirdilər. Sahibkar 15 min dollarlıq mala görə rüsum ödəyir, malın ümumi dəyərinə görə isə «şapka» verirdilər. Amma indi vəziyyət dəyişib. Ölkəyə gətirilən bütün növ mallar necə var o cür də sənədləşdirilir. Yəni heç bir saxtalaşdırmaya imkan verilmir».
İş adamlarının bildirdiyinə görə, idxal malları Gömrük Komitəsinin Binəqədidə yerləşən terminalına gətirilir: «Saxtalaşdırma əməliyyatı bundan sonra başlayır. Yük terminalda qalır, gerçək sənədlər isə malın daxil olduğu gömrük məntəqəsinə (məsələn, Astara, Biləsuvar, Qazax) göndərilir. Burada sənədlər saxtalaşdırılır, yəni malların kağız üzərində həcmi azaldılır, adı dəyişdirilir və geri qaytarılır». Sahibkarların redaksiyamıza verdiyi məlumata görə, bu əcaib əməliyyata görə onlardan hər maşın üçün 400 manat yığılır. Əgər mallar 10 maşına yüklənibsə, iş adamından 4000 manat tələb edilir. Brokerlər bu «təzminatı» sənədlərin geri qaytarılıb saxtalaşdırılması «xərc»lərini qarşılamaq üçün yığdıqlarını bildirirlər. İş adamları bunun hansı məqsədlə edildiyini soruşduqda gömrük işçiləri deyiblər ki, bu, Avropa Şurasının Azərbaycan hökuməti qarşısında qaldırdığı tələbdir. Biznesmenlər bilmirlər bu, onlarla məzələnməkdir, yoxsa doğurdan da Avropa Şurasının gömrüklə bağlı hökumətdən hansısa tələbi var?!
Mənbə yeni rüşvət karuseli əməliyyatına gömrük sərhədlərində qanunsuz olaraq fəaliyyət göstərən «Broker» MMC-nin idarə heyətinin sədri Əbülfəz Məlikovun başçılıq etdiyini deyir: «Artıq bir neçə ildir gömrük işçilərinin rüşvət almasına qadağa qoyulub və buna ciddi nəzarət olunur. Gömrük işçiləri yalnız rəsmi rüsumu alırlar. Qeyri-rəsmi hissəni isə, yəni rüşvət kimi yığılan pulları gömrükdə fəaliyyət göstərən broker qrupu yığır. Ölkənin bütün gömrük-keçid məntəqələrində qeyri-rəsmi ödənişləri toplamağın Ə.Məlikovun rəhbərlik etdiyi «Broker» MMC adlı şəbəkənin inhisarındadır. Onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxın təmsilçisidir. Və oliqarxların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. Bu unikal rüşvət sistemi vasitəsilə həm oliqarxların maraqları qorunur, həm də rüşvət bir mərkəzdə toplanır».
Son vaxtlar KİV-də Ə.Məlikovun rəhbərlik etdiyi «Broker» MMC-nin gömrük məntəqələrində qanunsuz fəaliyyət göstərməsi, brokerlərin idxalçılardan xərac toplaması ilə bağlı çoxsaylı məlumatlar dərc edilib. Kifayət qədər ciddi informasiyalara baxmayaraq bu məsələ ilə bağlı rəsmi səviyyədə hələ də təkzib verilməyib. Belə çıxır ki, brokerlərin gömrükçülərin səlahiyyətlərini mənimsəməsi barədə məlumatlar tam reallıqdır.
Ümumiyyətlə, Ə.Məlikovun adı bir sıra şübhəli
əməliyyatlarda da hallanır ki, bu məsələyə də qarşı tərəf heç bir reaksiya verməyib.
Məsələn, Ə.Məlikovun adı «Zaminbank» vasitəsi ilə pulların xaricə köçürülməsində
hallanıb. «Yeni Müsavat»ın ötən saylarında bu haqda geniş məlumat verilib. Məlumatda
bildirilirdi ki, ölkədən hər həftə qeyri-leqal formada 100 milyonlarla manat
pul çıxarılır. Bakıdan çirkli pulların Rusiya, Türkiyə, Dubay, İsrail və Avropa
ölkələrinə daşınması ilə əsasən «Zamin Bank» məşğul olur, «Royal Bank» Gömrük
Komitəsinin qara əməliyyatlarını tənzimləyir. Daha doğrusu, «Royalbank» gömrükdə
toplanan qeyri-rəsmi ödənişlərin leqallaşdırılması üzrə ixtisaslaşıb ki, bu işlərində
episentrində isə Ə.Məlikovun durduğu bildirilir.
Mövzunu davam etdirəcəyik.