vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SAHİBKARLIQ  
16:26 | 31 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 1705 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizi məcbur edir ki...»

Sahibkar prezidentin yanında Gömrük Komitəsini ittiham etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dünya bazarında fındıq ucuzlaşsa da, Azərbaycanda qiyməti aşağı salmaq mümkün deyil». Bunu Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Fındıq Assosiasiyasının sədri İsmayıl Umudov deyib. (Report)

O, Dövlət Gömrük Komitəsini (DGK) sahibkarları ölkəyə gətirdikləri fındığı yüksək qiymətə rəsmiləşdirməyə məcbur etməkdə ittiham edib: «Bu gün bazarda fındığın hər kiloqramı 7 dollardır, amma DGK bizi məcbur edir ki, biz onu 8 dollara rəsmiləşdirək.  Axı, qiyməti dünya bazarı müəyyən edir. Xaricdə fındıq ucuzlaşsa da, bizdə buna nail olmaq mümkün deyil».


«Malların qiymətini aşağı salıb vergidən yayınırlar»


«Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı»nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib ki, "Çox təəssüf ki, bəzi iş adamları idxal-ixrac əməliyyatları zamanı malların qiymətini aşağı salmaqla vergidən yayınmağa çalışır». (APA)

«Əvvəllər idxal olunan malların qiymətinin aşağı salınması problemi daha çox qeydə alınırdısa, indi ixrac olunan malların qiymətinin azaldılması hallarına rast gəlirik. Dövlət Gömrük Komitəsi tərəfindən işçi qrup yaradılıb. İşçi qrup internet və birja məlumatları əsasında bu qiymətləri müqayisə edəcəyik. Qiymətləndirmə aparılmalıdır ki, pulların «qara bazar»da gəzməsinə ehtiyac olmasın. Üç nazirlik tərəfindən hökumət qarşısında məsələ qaldırılıb. Azərbaycanda yerli istehsal artırmaq və daxili bazarı qorumaq üçün bir sıra məhsullara vergi tətbiq etdik».