

Yaxud ABŞ prezidentinin 50-55 günlük hakimiyyətində yol verdiyi səhvlər
İndi də top ABŞ meydançasındadır
Uzun təcrübəyə malik Amerika muzdlu şirkəti narkobaronlarla savaşa başlayır
ABŞ Paknecadla bərabər bəzi şirkətləri də qara siyahıya salıb
Trampın Avropa alkoqol sənayesinə 200 faiz tarif təhdidi bazarları silkələyir
Fond bazarları ABŞ-Avropa İttifaqı ticarət müharibəsi qorxusu ilə düşüb
Yumurtadan yun qırxan Trampın 16 milyon dolları puç oldu
Rusiya ABŞ-a siyahı göndərdi
3-cü dünya müharibəsi və yeni bir epidemiya təhlükəsi
Moskva, Pekin və Tehranı yaxınlaşmağa məcbur edən səbəb
Vitse-prezident geyimi prezident Trampın fikrini yayındırıb
Donald Tramp AB-nin yeni tariflərinə cavab verəcəyini vəd edib
Nemtsovun dedikləri özünü doğruldur
4 yaşlı uşağın polisə zənginin səbəbi qəhqəhələrlə qarşılanıb
“Azərbaycanın “İbrahim müqavilələri”nə daxil edilməsi bu razılaşmaları möhkəmləndirəcək”
“Putinin hazırkı vəziyyətdə çətin ki, buna razılaşsın”
ABŞ Respublikaçılar Partiyasının ağır toplarından biri, Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker (Roger Wicker) Trampın mövqeyi ilə razılaşmayıb.
“Ukrayna ilə bağlı danışıqlarda Putinə güvənmək olarmı” sualına Uiker, “Xeyr. Putin hərbi canidir və beynəlxalq hüququn bütün normalarını pozub. O, ittiham olunmalı, məhkəməyə verilib həbsə atılmalı, hətta edam edilməlidir”, – cavabını verib.
R.Uiker respublikaçıların ənənəvi, reyqanist qanadının təmsilçisidir. Lakin partiya xeyli vaxtdır bu xətdən uzaqlaşaraq ultrasağçı radikalların nəzarətinə keçib. Bu, içərisində rasizm, neofaşizm elementlərini də ehtiva edən, rednek kültürünün mühüm rola sahib olduğu, dünyaya konspiroloji baxış bucağından yanaşan, beynəlxalq əlaqələrdə özünütəcrid tərəfdarı olan cərəyandır. Bunlar artıq respublikaçıların meynstrimidir, tradisionalistlər isə yalnız Konqresdə mövqelərini müəyyən dərəcədə qorumaqla sosial dayaqlarını itirərək marginallaşıb.
Qeyd etmək zəruridir ki, respublikaçıların radikallaşmasında demokratların sosializmə, ifrat sol liberalizmə doğru tədrici transformasiyası da rol oynayır. Fizikanın "təsir əks təsirə bərabərdir" qanunu işə düşüb. Demokratların azlıq (cinsi və digər) hüquqlarına həddən artıq aludə olması və bunu təşviq edən siyasəti, çoxlu sayda miqrantların ölkəyə qəbulu və cəmiyyətə inteqrasiyasına niyyətli olmaları ABŞ toplumundakı ağ mühafizəkarları azalmaqda olan demoqrafik ağırlıqlarını və ənənəvi dəyərləri qoruyub saxlamaq naminə müdafiə mexanizmləri qurub inkişaf etdirməyə sövq edir.
Uzun sözün qısası, ABŞ hazırda vətəndaş müharibəsi dövründəkindən daha kəskin şəkildə qütbləşmiş bir ölkədir. ABŞ içərisində 2 ABŞ var. Yeni bir vətəndaş qarşıdurmasını əngəlləyən əsas faktor hər iki düşərgədən olan insanların demokratik üsullarla öz hüquqlarını təmin edib, federal hakimiyyətin başına öz nümayəndələrini gətirmək imkanlarının davam etdiyinə olan inamlarının hələ itməməsidir.
ABŞ yalnız hər iki partiyada mərkəzçi mötədillərin silkələnərək təkrar özünə gəlməsi nəticəsində normallaşa bilər – əgər belə bir şans və ehtimal qalıbsa...