vaxtlı-vaxtında oxuyun! Cümə, 14 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
10:51 | 13 mart 2025 | Cümə axşamı Məqaləyə 39 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu il sənaye istehsalı niyə azalıb?

Qeyri neft sektorundakı artım, qara-qızıldakı itkidən iki dəfədən çoxdur

VÜQAR

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk 2 ayında Azərbaycanda 10 milyard 700 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.9 faiz azalma deməkdir.

İstehsalda azalmanın əsas səbəbi neft-qaz sektorunda hasilatın aşağı düşməsidir. Belə ki, bu ilin ilk 2 ayında neft-qaz sektorunda sənaye istehsalı 3,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb. Digər tərəfdən, həmin müddətdə əmtəəlik neft hasilatı 6,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,1 faiz artıb.

Sənaye məhsulunun 60,9 faizi mədənçıxarma, 31,8 faizi emal, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Sənayenin strukturunda mədənçıxarma sektorunun payı çox olduğu üçün neft-qaz  istehsalının azalması ümumi sənaye məhsulunun həcmini də azaldıb.

2025-ci ilin ilk 2 ayında sənayedə azalmanın qeydə alınmasına rəğmən bu sektorda artımın sonrakı aylarda bərpa ediləcəyi gözlənir. Neft-qaz sənayesindəki azalma həmçinin mövsümi faktorlar ilə bağlıdır. Bu baxımdan, 2025-ci il üçün sənayedə proqnozlaşdırılan artım tempinə illik yekunda nail olunacağı gözlənilir.