

Yaxud ABŞ prezidentinin 50-55 günlük hakimiyyətində yol verdiyi səhvlər
İndi də top ABŞ meydançasındadır
Avropa orduları ABŞ dəstəyi olmadan Rusiyaya müqavimət göstərə bilərmi?
Rusiya ABŞ-a siyahı göndərdi
Avropa-ABŞ qarşıdurması Türkiyəyə xeyir verə bilər
3-cü dünya müharibəsi və yeni bir epidemiya təhlükəsi
Donald Tramp AB-nin yeni tariflərinə cavab verəcəyini vəd edib
Nemtsovun dedikləri özünü doğruldur
“Putinin hazırkı vəziyyətdə çətin ki, buna razılaşsın”
Tramp Putinlə Zelenski kimi davrana biləcəkmi?
İlon Maskın “xain” adlandırdığı ABŞ senatorundan sillə kimi cavab
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
AB-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Avropa səhiyyəsindəki təhlükəli boşluq müdafiə siyasəti strategiyasının ən böyük zəifliyidir
Ukraynanın təhlükəsizliyini təmin etmək, hərbi və maliyyə dəstəyini artırmaq üçün Avropa Birliyinin (AB) daha fəal rol oynamasını tələb edən qətnamə layihəsi Avropa Parlamenti (AP) tərəfindən 442 səslə təsdiqlənib. 98 deputat qanun layihəsi lehinə əleyhinə səs verib, 126 nəfərsə bitərəf qalıb. Sənəddə həmçinin Ukraynaya qarşı istənilən şantaj da pislənilib.
***
Qanun layihəsində vurğulanır ki, AB ölkəyə hərbi və maliyyə dəstəyini artıraraq Ukraynanın ən böyük strateji müttəfiqi olmağa davam etməlidir. Layihədə parlamentarilərin martın 11-də əldə edilən 30 günlük atəşkəs təklifini alqışladıqları və Rusiyanın bu razılaşmanı qəbul edib həyata keçirməli olduğu qeyd edilib.
Sənəddə Ukraynada mülki şəxsləri, infrastrukturu və əraziləri hədəf alan hücumların dərhal dayandırılması tələb olunur və ABŞ-ın Rusiyanın təcavüzkar müharibəsinə münasibətində nəzərəçarpacaq dərəcədə dəyişikliyə, o cümlədən davam edən müharibədə Ukraynanı açıq şəkildə günahlandırmasına diqqət çəkilir.
Qanun layihəsində deyilir ki, AB Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün konkret addımlar atmalı və Rusiyanın təcavüzünün qarşısını almaq üçün Ukraynanın möhkəm təhlükəsizlik zəmanətlərinin almasına töhfə verməlidir.
Qanun layihəsində vurğulanır ki, Ukraynanın orta və uzunmüddətli perspektivdə təhlükəsizliyinə xələl gətirən tələsik razılaşmalardan imtina etmək səlahiyyəti olmalıdır və gələcəkdə özünü və digər Avropa ölkələrini yenidən Rusiya təcavüzünə məruz qoyma riski var: “Avropa Parlamentinin üzvləri razılaşmanı asanlaşdırmaq üçün Ukrayna rəhbərliyini təslim olmağa şantaj etmək cəhdlərinə qəti şəkildə qarşıdırlar”.
***
Ukraynanın gələcəyinin Avropa Birliyində olduğunu bildirən qanun layihəsində AB-yə üzvlük danışıqlarının sürətləndirilməsi tələb olunur.
Qanun layihəsində AB-ni Ukraynanın müharibədən sonrakı rekonstruksiyasına yeni vəsaitlərlə hazırlaşmağa çağırılıb, Rusiyanın törətdiyi böyük dağıntıların bədəlini çəkməli olduğu vurğulanıb və AB-nin sanksiyaları altında dondurulmuş Rusiya aktivlərinin Ukraynanın müdafiəsi və yenidən qurulması üçün istifadə edilməsi tələb olunub.
Qanun layihəsində Rusiyaya qarşı mövcud sanksiyaların daha da sərtləşdirilməli olduğu vurğulanıb və Rusiya hərbi sənayesinə dəstək verən şəxslərə və təşkilatlara qarşı əlavə sanksiyaların tətbiqinə çağırış edilib.