

Qeyri neft sektorundakı artım, qara-qızıldakı itkidən iki dəfədən çoxdur
OPEC-in xam neft hasilatı fevralda gündəlik 154 min barel artıb
ABŞ-ın rüsumlarının tələbi azaldacağından narahatdır
Neft qiymətləri 5 həftəlik eniş trendini qıra bilmədi
ABŞ və Rusiyada danışıqlarının başlamasına baxmayaraq ...
Bloomberg: “Alyansda fikir ayrılıqları var”
Dünya bazarında enerji qiymətlərindəki ucuzlaşmanın müxtəlif təsirləri ilə ...
Qiymətlərin enməsinə ABŞ və Çin başçılıq edir
Tələbin azalması səbəbindən neft qısa müddətdə 80 dolların altında qalacaq
Neft gəlirlərimiz haqda düşüncələr ...
2024 yeni dövrün başlanğıcı ola bilər
60 maksimum qiymət bazara mənfi təsir edir
OPEC qiymətləri qaldırır
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
Ötən ilin oktyabrında qəbul edilən qərar qüvvədə qaldı
OPEC-in 2023-cü il kvotaları gələn həftə qiymətlərə təsir edən ikinci amil olacaq
Beynəlxalq Enerji Agentliyi (BEA) qlobal neft tədarükünün fevral ayında əvvəlki ayla müqayisədə gündəlik təxminən 240 min barel artaraq 103,25 milyon barrelə çatdığını bildirib.
BEA-nın fevral ayı neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft tədarükü keçən ay təxminən 40 min barrel artaraq 27 milyon 460 minə çatıb.
Bu dövrdə OPEK-in xam neftdən başqa qeyri-ənənəvi ehtiyatların hasilatı gündəlik 5 milyon 570 min barrel olaraq qeydə alınıb. Belə ki, OPEK-in ümumi neft tədarükü ötən ay gündəlik 33 milyon 30 min barel olub. Bu, əvvəlki ayın səviyyəsindən gündə təxminən 50 min barel çoxdur.
OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı sözügedən dövrdə gündə təxminən 190 min barel artaraq 70 milyon 220 minə çatıb.
Beləliklə, qlobal neft təklifi fevral ayında əvvəlki ayla müqayisədə gündəlik təxminən 240 min barel artaraq 103 milyon 250 minə çatıb.
***
Hesabata görə, qlobal neft tədarükünün artımının böyük hissəsi OPEC və bəzi qeyri-OPEC hasil edən ölkələrdən ibarət OPEC+ qrupunun payına düşüb. Qazaxıstan özünün “Tengiz” yatağından hasilat artdıqca rekord səviyyədə neft çıxarır, İran və Venesuela isə sərt sanksiyalar ərəfəsində hasilat axınını artırıb.
Bu dövrdə OPEC+ qrupunun xam neft hasilatı sutkada 210 min barel artaraq son 6 ayın ən yüksək səviyyəsinə çataraq 41 milyon 780 min barrelə çatıb.
Qrupun gündəlik 8 milyon 270 min barrel olan xam neftdən başqa qeyri-ənənəvi qaynaq hasilatı da əlavə olunduqda, ümumi neft tədarükü gündə təxminən 50 milyon 50 min barrelə yüksəlib.
Ötən ay qismən artım göstərən qeyri-OPEC+ hasilatı gündəlik 20 min barel artaraq 53 milyon 200 min barelə çatıb.
***
Qlobal neft tələbinin bu il gündəlik təxminən 1 milyon 30 min barrel artaraq 103 milyon 910 min barrelə çatacağı gözlənilir. BEA keçən aykı hesabatında qlobal neft tələbatının gündəlik 1,1 milyon barel artacağını təxmin etmişdi.
Qeyri-müəyyən makroiqtisadi görünüşdə son çatdırılma məlumatlarının gözləntilərin altında qaldığını qeyd edən BEA, inkişaf etməkdə olan bazarlardakı zəiflik səbəbindən 2025-ci ilin birinci rübü üçün illik tələb artımı proqnozunu gündəlik 1 milyon 200 min barrelə endirib.
Hesabata görə, bu il qlobal tələbatda gözlənilən artımın təxminən yüzdə 60-ı Asiyadan gələcək və Çinin başçılıq etdiyi neft-kimya xammalının böyüməyə ən böyük töhfə verəcəyi gözlənilir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) üzvü olmayan ölkələrdə tələbin gündəlik 1 milyon 84 min barrel artaraq təxminən 58 milyon 290 min barrelə çatacağı gözlənildiyi halda, İƏİT ölkələrində tələbin gündəlik 53 min barrel azalaraq təxminən 45 milyon 620 min barrelə çatacağı təxmin edilir.