vaxtlı-vaxtında oxuyun! Cümə, 14 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
13:54 | 13 mart 2025 | Cümə axşamı Məqaləyə 54 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Süni intellekt mədəniyyəti təhdid edir?

Fransız yazıçı və bəstəkarlar “Meta”nı məhkəməyə verib, britaniyalılar “Səssiz” albom buraxıb

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransız naşirlər və müəlliflər sosial media şirkəti “Meta”nı süni intellekt modelinin hazırlanması üçün icazəsiz əsərlərindən istifadə etməkdə ittiham edərək məhkəməyə verəcəklərini açıqlayıblar.

Çərşənbə günü üç ticarət qrupu, şirkətin generativ süni intellekt modelini öyrətmək üçün “müəllif hüquqları ilə qorunan əsərlərdən icazəsiz geniş şəkildə istifadə etdiyini” iddia edərək, Paris məhkəməsində “Meta”ya qarşı hüquqi tədbir görəcəklərini açıqlayıb.

“Meta” “Facebook”, “Instagram” və “WhatsApp” platformalarının istifadəçilərinə generativ süni intellektlə işləyən “chatbot” alternativ vasitələr təklif edib. Kitab nəşriyyatlarını təmsil edən Milli Nəşriyyat Assosiasiyası “üzvlərinin əsərlərinin əhəmiyyətli bir hissəsi” “Meta”nın bazasında peyda olduğunu görüb.

Milli Yayımçılar Assosiasiyasının prezidenti Vincent Montaqne “Meta”nı müəllif hüquqlarını pozmaqda və plagiatlıqda ittiham edib.

Digər qrup, 700 yazıçı və bəstəkarı təmsil edən Milli Yazıçılar və Bəstəkarlar Gildiyası isə iddianın üzvlərini əsərlərini və mədəni irsini talan etməkdən və süni intellektdən qorumaq üçün zəruri olduğunu bildirib.

Birliyin prezidenti Fransua Peyroni süni intellektin əsl kitablarla rəqabət aparan saxta kitablar istehsal etməsindən də narahat olduqlarını bildirib.

İşlə məşğul olan üçüncü qrup “Société des Gens de Lettres” müəllifləri təmsil edir.

Hər üç qrup “Meta”nın süni intellekt modelini öyrətmək üçün icazəsi olmadan yaratdığı məlumat qovluqlarının tamamilə silinməsini tələb edir.

Avropa Birliyinin genişmiqyaslı Süni İntellekt Aktına əsasən, bütün süni intellekt sistemləri blokun 27 ölkəsinin müəllif hüquqları qanununa uyğun gəlməli və təlim üçün istifadə etdikləri materiallar haqqında şəffaf olmalıdır.

Bu, yaradıcılıq və nəşriyyat sənayeləri ilə texnologiya şirkətləri arasında məlumat və müəllif hüququ ilə bağlı mübahisənin sonuncusudur.

***

Keçən ay 1000-dən çox britaniyalı musiqiçi, o cümlədən Anni Lennoks, Keyt Buş və Damon Albarn, sənətçilərin yaradıcılıq nəzarətini təhlükə altına alacağından qorxduğu Böyük Britaniya hökumətinin süni intellekt qanunlarına planlaşdırdığı dəyişikliklərə etiraz olaraq səssiz albom buraxıb.

“Bizim istədiyimiz budurmu?” boş studiyaların və ifa məkanlarının səslərini əks etdirən “Səssiz” adlı albom bu dəyişikliklərin musiqiçilərin dolanışıq vasitələrinə göstərə biləcəyi təsirin simvolu kimi hazırlanıb.

Albomun musiqi siyahısında cəsarətlə, “Böyük Britaniya hökuməti süni intellekt şirkətlərinin xeyrinə musiqi oğurluğunu qanuniləşdirməməlidir”, – deyilir.