vaxtlı-vaxtında oxuyun! Cümə, 4 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
DÜNYA  
08:48 | 17 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 102 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təbliğat və provokasiyaya qarşı

“Meta” Rusiya dövlət mediasını öz platformalarında qadağan edir

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan ABŞ-da yerləşən “META Group”, dünən axşam (sentyabrın 16-da) hər hansı “xarici müdaxilə fəaliyyətindən” qaçmaq üçün Rusiya dövlət mediasına bütün dünyada öz platformalarından istifadəni qadağan etdiyini açıqlayıb.

Sözügedən media qurumlarının qrupun sosial media platformalarında monitorinqdən yayınaraq təbliğat və provokasiya əməliyyatları keçirmək üçün aldadıcı taktikalara əl atdıqları bildirilib.

“Reuters”in verdiyi məlumata görə, qrup öz yazılı bəyanatında qadağanın diqqətli qiymətləndirmədən sonra qoyulduğunu vurğulayıb.

Qadağa ABŞ dövlət katibi Entoni Blinkenin sentyabrın 13-də Rusiyanın dövlət media orqanı olan “Russia Today”i sabitliyi pozan fəaliyyətdə, onu Rusiya kəşfiyyatının “qoluna” çevrilməkdə ittiham etməsindən bir qədər sonraya təsadüf edib.